“Həsən ağa” adlı qohumunuz yoxdursa, necə işə düzələ bilərsiniz?
03.02.2026 09:20
620

“Həsən ağa” adlı qohumunuz yoxdursa, necə işə düzələ bilərsiniz?

Abid Səmədov
İnsan Resursları üzrə mütəxəssis

Namizədlərin təhsil müddətini başa vurduqdan sonra, bəzən isə hələ təhsil alarkən qarşılaşdıqları ən vacib mərhələlərdən biri iş axtarışı prosesidir. Əgər sizin də Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsindəki kimi sizi bir sözlə işə düzəldə biləcək “Həsən ağa” adlı qohumunuz yoxdursa, bu prosesi düzgün strategiya ilə idarə etmək qaçılmazdır.

Bəs iş axtarışını daha effektiv necə aparmaq olar?

1. Hədəflərinizi konkretləşdirin

Hər yerə müraciət etmək strategiya deyil. Hansı sahədə, hansı vəzifədə və hansı tip şirkətdə işləmək istədiyinizi dəqiqləşdirin. Bu, həm vaxtınıza, həm də enerjinizə qənaət edəcək.

2. Prosesi planla idarə edin

İş axtarışı özü də bir “layihə” kimidir. Həftəlik hədəflər qoyun: neçə müraciət edəcəksiniz, hansı şirkətləri araşdıracaqsınız, hansı bacarıqları inkişaf etdirəcəksiniz? - bunları planlaşdırın.

3. CV / Resume – sizin ilk təəssüratınızdır

Özünüzü şirkətə təqdim etməyin ilk vasitəsi CV-dir. Ona görə də:
•    Qrammatik və üslub səhvlərinə yol verməyin
•    Oxunaqlı və səliqəli dizayn seçin
•    Nailiyyətlərinizi konkret nəticələrlə göstərin
•    Yalan və ya şişirdilmiş məlumatlardan qəti şəkildə uzaq durun

Unutmayın: sizi müsahibəyə dəvət edib-etməmək qərarı çox vaxt yalnız CV əsasında verilir.

4. Müşayiət məktubu (Cover letter) sizi fərqləndirir

CV göndərməklə bərabər, hər vakansiya üçün qısa və hədəfli müşayiət məktubu da hazırlamaq sizi digər namizədlərdən fərqləndirir. Bu məktubda niyə məhz həmin şirkət və vəzifə ilə maraqlandığınızı göstərmək vacibdir.

5. LinkedIn artıq seçim deyil, zərurətdir

Peşəkar və aktual LinkedIn profili iş axtarışının ayrılmaz hissəsidir.
   Profil şəkliniz professional olsun
   “About” hissəsində özünüzü qısa və aydın ifadə edin
   Təcrübə və bacarıqlar bölməsini daim yeniləyin
   Sahənizlə bağlı paylaşımlar edin və müzakirələrdə iştirak edin

Bir çox işəgötürən sizi müsahibəyə çağırmazdan əvvəl LinkedIn profilinizə baxır.

6. Şirkətləri izləyin, sadəcə vakansiyaları yox

Sosial şəbəkələrdə və karyera platformalarında maraqlandığınız şirkətləri izləyin. Onların fəaliyyəti, mədəniyyəti və layihələri haqqında məlumatlı olmaq həm motivasiya məktubunda, həm də müsahibədə sizə böyük üstünlük verəcək.

7. İş axtarışı alətlərindən düzgün istifadə edin

İş elanları saytları, şirkətlərin rəsmi karyera səhifələri, LinkedIn vakansiyaları və peşəkar qruplar – hamısı sizin üçün fürsət mənbəyidir. Bu platformaların siyahısını çıxarıb mütəmadi şəkildə izləmək faydalıdır.

8. Müsahibə – həlledici mərhələdir

CV sizi müsahibəyə aparır, işi isə müsahibə qazandırır. Buna görə:

•    Şirkət haqqında əvvəlcədən araşdırma edin
•    Tez-tez verilən suallara cavablarınızı hazırlayın
   Öz nailiyyətlərinizi konkret nümunələrlə danışmağa hazır olun
•    Onlayn müsahibələr üçün texniki hazırlığı unutmayın

9. Müsahibədən sonra təşəkkür məktubu göndərin

Müsahibədən sonra şirkət nümayəndəsinə qısa təşəkkür məktubu yazmaq həm peşəkarlıq, həm də motivasiya göstəricisidir. Təəssüf ki, bir çox namizəd hələ də bu vacib addımı atmır.

10. Networking – gizli iş bazarının açarıdır

Yeni insanlarla tanış olun, tədbirlərdə iştirak edin, peşəkar əlaqələrinizi genişləndirin. Bir çox vakansiya heç vaxt açıq elan olunmur – onlar əlaqələr vasitəsilə doldurulur.

Sonda

Effektiv iş axtarışı təsadüflərə yox, düzgün strategiya və davamlı fəaliyyətə əsaslanır. “Həsən ağa”nın köməyi olmadan da uğur qazanmaq mümkündür – sadəcə prosesə ciddi, planlı və peşəkar yanaşmaq lazımdır.
Hamınıza axtardığınız işi ən qısa zamanda tapmağı arzulayıram!

Şəxsi problemləri rəhbərliklə paylaşmaq doğrudurmu?

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...