Keçmişdə məhsullar “illərlə işləsin” deyə hazırlanırdı, bu gün isə “tez satılsın və yenisi alınsın”

Redaktor

20.02.2026 10:22
187

Keçmişdə məhsullar “illərlə işləsin” deyə hazırlanırdı, bu gün isə “tez satılsın və yenisi alınsın”

Son illər istehlak bazarında ən çox müzakirə olunan mövzulardan biri məişət texnikasının davamlılığı ilə bağlıdır. İstehlakçılar tez-tez bildirirlər ki, əvvəllər alınan cihazlar onilliklərlə problemsiz işlədiyi halda, müasir məhsullar daha qısa müddətdə sıradan çıxır. Mütəxəssislər isə bu tendensiyanı istehsal modellərinin dəyişməsi, texnologiyanın mürəkkəbləşməsi və bazar strategiyaları ilə əlaqələndirirlər.

Niyə 20 il əvvəl istifadə etdiyimiz texnikalar və alətlər hələ də işləyir, amma indikilər 3 ilə sıradan çıxır? Bu, satınalma strategiyasının bir hissəsidirmi?

Mövzu ilə bağlı Valyuta.az-a danışan satınalmalar üzrə mütəxəssis Seymur Hüseynov qeyd edib ki, “Keçmişdə alınan məişət texnikası və cihazlar illərlə işləyirdi, bəs niyə müasir məhsullar bir neçə ildən sonra sıradan çıxır?” sualı təkcə nostalji hissi ilə bağlı deyil, həm də müasir istehsal və satınalma strategiyalarının mahiyyətinə toxunur:

"20-30 il əvvəl istehsal edilən məişət texnikası əsasən uzunömürlülük prinsipi ilə hazırlanırdı. Brendlər üçün məhsulun illərlə problemsiz işləməsi nüfuz məsələsi sayılırdı. Təmir edilə bilən detallar, qalın metal hissələr və sadə mexanizmlər cihazların dayanıqlığını artırırdı. Müasir bazarda isə prioritetlər dəyişib. İstehsalçılar məhsulu daha qısa müddətdə bazara çıxarmağa, dizaynı tez-tez yeniləməyə və satış dövriyyəsini artırmağa çalışırlar. Nəticədə məhsullar daha yüngül, daha mürəkkəb və bir çox hallarda daha az davamlı olur. Müasir iqtisadiyyatda geniş müzakirə olunan anlayışlardan biri planlaşdırılmış köhnəlmədir. Bu termin məhsulun müəyyən müddətdən sonra sıradan çıxacaq və ya funksionallığını itirəcək şəkildə dizayn edilməsini ifadə edir ki, istehlakçı onu yenisi ilə əvəz etməyə məcbur qalsın. Bu yanaşma hər zaman açıq şəkildə tətbiq olunmasa da, müxtəlif dolayı üsullarla müşahidə edilir: təmirin bahalı və ya faktiki olaraq mümkünsüz olması, ehtiyat hissələrinin qısa müddətdə bazardan çıxarılması, proqram təminatı yeniləmələri nəticəsində köhnə modellərin performansının zəifləməsi. Beləliklə, istehlakçı davamlı alış dövrünün iştirakçısına çevrilir".

Müasir məhsulların əksəriyyəti kütləvi istehsal üçün nəzərdə tutulduğunu deyən S.Hüseynov bildirib ki, bu isə xərclərin minimuma endirilməsini tələb edir:

"Nəticədə: daha ucuz plastik materiallardan istifadə olunur, qısaömürlü elektron komponentlər tətbiq edilir, təmir əvəzinə “dəyiş və at” prinsipi üstünlük təşkil edir, bu yanaşma keçmişdə istifadə edilən daha möhkəm və uzunömürlü materialları tədricən əvəz edib. Əvvəllər bir cihaz əsasən bir və ya bir neçə funksiyanı yerinə yetirirdi. Müasir qurğular isə çoxsaylı funksiya, sensor və proqram komponentləri ilə təchiz olunur. Funksionallıq artdıqca nasazlıq ehtimalı da yüksəlir. Kiçik bir elektron problem belə bütün cihazın işləməməsinə səbəb ola bilər. Bu, satınalma strategiyasının tərkib hissəsidirmi? Bəli, bu tendensiya müəyyən mənada müasir iqtisadi modelin xüsusiyyətləri ilə bağlıdır. Davamlı istehlaka əsaslanan sistemdə tez-tez yenilənən məhsullar bazarın aktivliyini qoruyur. Uzunömürlü məhsullar isə satış həcminin azalmasına səbəb ola bilər. Keçmişdə məhsullar “illərlə işləsin” deyə hazırlanırdı, bu gün isə “tez satılsın və yenisi alınsın” məntiqi üstünlük təşkil edir. Bu, texnologiyanın zəifləməsindən çox, istehsal fəlsəfəsinin dəyişməsi ilə əlaqələndirilir. Bununla yanaşı, hazırda da keyfiyyətə və uzunömürlülüyə üstünlük verən istehsalçılar mövcuddur. Lakin belə məhsullar adətən daha yüksək qiymət seqmentinə aiddir və istehlakçıdan şüurlu seçim tələb edir".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...