“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”

Redaktor

11.02.2026 15:00
287

“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”

Son zamanlar müzakirə olunan xəbərlərdən biri də iki məhşur klinikanın iki tanınmış şəxsi məhkəməyə verməsidir. Hər iki şəxs sosial şəbəkədə paylaşımlar ediblər, böyük məbləğ qarşılığında istədikləri xidməti görmədiklərini qeyd ediblər. Bu halları digər bizneslərdə də görə bilərik. Bəzən bildirilir ki, müştəri haqsız olsa belə onu məhkəməyə vermək düzgün deyil. Bu hallar klinikanın və ya bizneslərin imicinə zərər vurur. Bu yanaşma nə dərəcədə doğrudur?

Valyuta.az-a açıqlamasında marketinq və brend inkişafı üzrə türk mütəxəssis Burak Kölemen bildirib ki, məhkəmə sistemi haqlı ilə haqsızı ayırd etmək üçün mövcuddur:

“Əgər imicimizi qorumaq naminə haqsızlığa susuruqsa, o imic günün sonunda artıq heç bir məna ifadə etmir. Marketinqdə məşhur bir ifadə var: “İmic heç nədir, susuzluq hər şeydir”.

“Sprite”ın bu şüarı sadə, amma güclü bir fikri ifadə edir. İmic yaratmaq, reklam etmək və pul qazanmaq naminə insan öz xarakterini, dəyərlərini qurban verməməlidir. Xüsusilə sağlamlıq məsələləri son dərəcə həssasdır. Xəstəxana öz hüquq və mənafelərini qorumaq üçün, təbii ki, məhkəməyə müraciət edə və özünü müdafiə edə bilər. Günün sonunda haqlı olduğunu sübut etmək, ən güclü reputasiya və etibar göstəricisidir. Eyni zamanda reklamdır. Çünki qarşı tərəfin pis niyyətli olma ehtimalını da göz ardı etməmək lazımdır. Bu səbəbdən “müştəri hər zaman haqlıdır” yanaşması, müəssisənin hər haqsızlığı qəbul etməsi anlamına gəlmir”.

O qeyd edir ki, “Müştəri hər zaman haqlıdır” ifadəsi yalnız xidmət sahəsində müəyyən çərçivədə keçərlidir və etik baxımdan mütləq prinsip sayıla bilməz: “Hüquqi baxımdan isə bu yanaşma ümumiyyətlə doğru deyil. Bu gün bir çox brend bu ifadəni yanlış kontekstdə istifadə edərək, imicini qorumaq naminə haqsızlıq qarşısında susur. Halbuki bu susqunluq markanı “asan geri çəkilən” mövqeyinə salır və pis niyyətli müştəri davranışlarını təşviq edir. Çünki imic, etibar və ya güvən anlamına gəlmir”.

Müştərinin haqlı olub-olmaması və dəyən zərərin kompensasiyası məsələsinə gəldikdə isə, o vurğulayır ki, bu, vəziyyətdən və konkret şərtlərdən asılı olaraq dəyişir.

“Bəzən məşhur brendlərin, məsələn, “Toyota” və ya “Honda” - nın məhsullarını geri çəkdiklərinin şahidi oluruq. Məhsul xətalı olduğu zaman, milyonlarla vəsait xərcləyərək həmin məhsulları fabrikə qaytarırlar. Bu addım ilk baxışda imicin qısamüddətli zədələnməsi kimi görünsə də, əslində uzunmüddətli güvən yaradır. Çünki satılan məhsulda xəta olsa belə, marka məsuliyyəti öz üzərinə götürür və problemi həll edir. Bu yanaşma xəstəxanalar üçün də keçərlidir. Səhvi görməzlikdən gəlib yalnız məhkəmə yolunu seçmək, uzunmüddətli etimada zərər verə bilər. Halbuki səhvini qəbul edib onu aradan qaldırsa, cəmiyyətin güvənini qazanar. İnsanlar görər ki, xəta olsa belə, müəssisə məsuliyyətdən qaçmır. Bu da güclü və hörmətli brendin əsas göstəricisi olar”.

“İmic pulla yaradıla bilər, etibar isə yalnız zamanla qazanılır. İmici qorumaq üçün susan markalar isə əslində etibarı yavaş-yavaş itirir. Doğrunu müdafiə etmək çox vaxt “böhran idarəçiliyi” kimi təqdim olunur, halbuki bu yanaşma doğru deyil. Doğrunu müdafiə etmək sadəcə kommunikasiya seçimi yox, şirkətin uzunmüddətli davamlılığına təsir edən strateji qərardır.

Lazım gəldikdə hüquqi yollara əl atmaq sərtlik göstəricisi deyil. Bu, markanın öz prinsiplərini qoruma refleksidir.

Markalar hər şəraitdə hamı tərəfindən sevilmək məcburiyyətində deyil. Amma hər şəraitdə ardıcıl, proqnozlaşdırılan və etibarlı olmalıdır. Uzunmüddətli brend dəyəri imici qorumaqla yox, prinsiplərə sadiq qalmaqla formalaşır. Doğrunu müdafiə etmək qısamüddətli perspektivdə səs-küy yarada bilər. Uzunmüddətdə isə yalnız bir mesaj verir: “Bu marka əyilib-bükülmür” – deyə B.Kölemen əlavə edib.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...