"Lüks alış-verişin 75%-ni aşağı gəlirli insanlar edir"

Redaktor

10.01.2026 16:40
651

"Lüks alış-verişin 75%-ni aşağı gəlirli insanlar edir"

“Gucci”, “Dior”, “Chanel” və “Louis Vuitton” kimi lüks brendlərin əsas müştəri kütləsinin varlılar olduğu düşünülür. Lakin müxtəlif araşdırmalar bu fikri təkzib edir: lüks istehlakın təxminən 75 faizi aşağı və orta gəlirli insanlar tərəfindən həyata keçirilir.

Bəs maddi imkanları məhdud olan şəxsləri bu qədər bahalı və funksional baxımdan əhəmiyyətsiz məhsullar almağa nə vadar edir?

Valyuta.az bu tendensiyanın üç əsas səbəbini araşdırıb.

Birincisi, status axtarışı ilə bağlıdır. Lüks məhsullar istifadəçinin sosial mövqeyini nümayiş etdirən simvollar hesab olunur. Cəmiyyətdə güclü, nüfuzlu və uğurlu təsir bağışlamaq istəyən şəxslər bu cür məhsullara üstünlük verirlər. Maraqlıdır ki, həqiqətən varlı insanlar adətən loqosuz və sadə geyimləri seçir, çünki onların sosial statusunu sübut etməyə ehtiyacı yoxdur. Əksinə, daha az imkanlı şəxslər bu statusu nümayiş etdirmək məqsədilə iri və nəzərəçarpan loqolu məhsullara meyl edirlər.

İkinci səbəb sosial kimliklə bağlıdır. Lüks məhsullar insanın “Mən kiməm?” sualına verdiyi cavabın bir parçasına çevrilir. Bu məhsulları əldə edənlər özlərini müəyyən sosial təbəqəyə aid hiss edirlər. Bahalı “Gucci” geyimlərini geyinən biri, şüuraltı şəkildə özünü yüksək təbəqənin üzvü kimi qəbul edir.

Üçüncü səbəb isə emosional məmnunluqdur. Lüks məhsul almaq, xüsusilə də çətin həyat şəraiti ilə qarşılaşan insanlar üçün qısa müddətli mükafatlandırma və uğur hissi yaradır. Bu səbəbdən bu tip alış-verişlər çox vaxt rasional deyil, emosional qərarlarla həyata keçirilir.

Nəticə etibarilə, bu cür xərcləmələr çox vaxt marketinq vasitəsilə yaradılmış emosional təsirin nəticəsidir. Lüks brendlərin yaratdığı cazibə, alıcının real ehtiyaclarından daha çox onun özünüifadə tələbatına və psixoloji ehtiyaclarına cavab verir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...