Redaktor
Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ
2023-cü ildən etibarən media subyektlərinin media fəaliyyəti üzrə əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri və dövlət tərəfindən verilən maddi yardımlar vergidən azad edilib. Həmçinin bu vergi güzəştlərinin müddəti 2026-cı il yanvarın 1-dən etibarən daha 3 il uzadılıb.
Bununla yanaşı, Azərbaycanda 2019-cu ildən qüvvədə olan və özəl sektorda çalışanlar üçün tətbiq edilən gəlir vergisi üzrə güzəşt müddətinin 2026-cı il yanvarın 1-də başa çatması muzdlu işdən aylıq gəlir əldə edən fiziki şəxslərin gəlir vergisi öhdəliklərinin yeni qaydada formalaşmasına səbəb olub.
Bu dəyişikliklər media sahəsində çalışan jurnalistlər və digər əməkdaşlar arasında suallar yaradıb. Ən çox müzakirə olunan məqam isə media subyektlərinə tətbiq edilən vergi azadolmalarının media qurumlarında çalışan şəxslərin əməkhaqqı gəlirlərinə şamil olunub-olunmamasıdır.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı “APA”ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, media subyektləri üçün nəzərdə tutulmuş vergi güzəştləri yalnız media fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə şamil olunur. Yəni, bu azadolmalar media subyektlərinin sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri gəlir (mənfəət), o cümlədən reklam gəlirləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən maddi yardımlar üçün nəzərdə tutulub.
Qurumdan vurğulanıb ki, media subyektlərində çalışan jurnalistlərin və digər əməkdaşların əməkhaqqı gəlirləri isə dəyişməz olaraq gəlir vergisinə cəlb edilir. Bu sahədə hər hansı yeni azadolma və ya güzəşt tətbiq olunmur. Media subyekti özəl sektorda fəaliyyət göstərirsə, əməkhaqqı üzrə gəlir vergisi aşağıdakı dərəcələrlə hesablanır:
• aylıq gəlirin 2500 manatadək olan hissəsindən – 3 faiz,
• 2500–8000 manat arası olan hissəsindən – 10 faiz,
• 8000 manatdan yuxarı olan hissəsindən – 14 faiz.
“Media subyektlərinə tətbiq edilən digər vergi güzəştləri — yəni VÖEN-i olan media subyektlərinin sahibkar kimi əldə etdikləri gəlirlərin (mənfəətin) və media məhsullarının təqdim edilməsinin vergidən azad edilməsi — əməkhaqqı gəlirlərinə aid deyil.
Belə ki, media məhsullarının təqdim edilməsinə tətbiq olunan ƏDV azadolması, habelə gəlir (mənfəət) vergisi üzrə güzəştlər yalnız media subyektlərinin fəaliyyəti nəticəsində formalaşan gəlirləri əhatə edir və işçilərin əməkhaqqının vergiyə cəlb olunmasına təsir göstərmir” -məlumatda qeyd edilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026