Milyarder Larri Ellison Trampın qonşuluğuna köçdü

Redaktor

27.02.2026 16:36
93

Milyarder Larri Ellison Trampın qonşuluğuna köçdü

“Oracle”un həmtəsisçisi, 194 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı şəxslərindən biri olan Larri Ellison əsas yaşayış ünvanını Havaydan Floridaya dəyişib.

Valyuta.az xəbər verir ki, 81 yaşlı milyarderin yeni rəsmi ünvanı Manalapan (Florida) şəhəridir. Bu ərazi ABŞ prezidenti Donald Trampın Palm Biçdə yerləşən "Mar-a-Lago" iqamətgahından təxminən 20 dəqiqəlik məsafədədir.

Ellison 2023-cü ildə seçici qeydiyyatını Floridaya keçirib və əsas yaşayış yerini rəsmi şəkildə dəyişib. Bildirilir ki, bu addım ona böyük həcmdə “Oracle” səhmlərini satmazdan əvvəl təxminən 1 milyard dollar ştat vergisinə qənaət etməyə imkan verib.

Qeyd olunur ki, son illərdə milyarder Floridada aktiv şəkildə daşınmaz əmlak alır. O, Manalapanda 173 milyon dollarlıq malikanə, həmçinin yüz milyonlarla dollar dəyərində digər obyektlər əldə edib.

Ellisonun şəxsi təyyarə uçuşlarının böyük hissəsinin də son illər Floridada qeydə alınması onun əsas vaxtını artıq bu ştatda keçirdiyini göstərir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektdə milyard dollarlıq tapmaca: Rəqəmlər yalan danışır?

27.02.2026

"Kasıb olsanız belə, uduzan olmayın - indi gümüşə investisiya edin" - Robert Kiyosaki

27.02.2026

Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda

27.02.2026
Azərbaycanın 67 şəhərin Baş planı təsdiq olunub

Azərbaycanın 67 şəhərin Baş planı təsdiq olunub

27.02.2026

"Nvidia" bu il fərdi kompüterlər üçün öz prosessorlarını buraxacaq

27.02.2026

“Zeytun Pharmaceuticals” ilə 6,48 milyonluq müqavilə imzalanıb

27.02.2026

ABŞ-ın tarif dəyişikliyi: Dollar uduzur, Çin qazanır

27.02.2026

"İçərişəhər"də minatəmizləmə fəaliyyətinə icazə verildi

27.02.2026

Azərbaycanda məşhur otel bağlandı - FOTOLAR

27.02.2026

Azərbaycanda uşaqların sosial şəbəkələrə girişi qadağan olunacaq

27.02.2026

Nazir direktoru işdən çıxardı

27.02.2026

Milyarder Larri Ellison Trampın qonşuluğuna köçdü

27.02.2026

Bakı Biznes Mərkəzi borca düşüb

27.02.2026

Şamaxıda 4.7 maqnitudalı zəlzələ olub

27.02.2026

Azərbaycan 7 ölkədən səməni idxal edib - SİYAHI/MƏBLƏĞ

27.02.2026

İcbari Sığorta Bürosunda yeni təyinat

27.02.2026

Könüllü sığorta yığımlarında 4 milyonluq itki

27.02.2026

Dollardan qaçış qızıla təkan verəcəkmi? - "JPMorgan"dan rekord ssenari

27.02.2026
Milli valyutada əmanətə ən yüksək faiz verən rayonlar

Milli valyutada əmanətə ən yüksək faiz verən rayonlar - SİYAHI

27.02.2026
Ölkədə istehsalın artması bahalaşmanı azalda bilər?

Ölkədə istehsalın artması bahalaşmanı azalda bilər? - İqtisadçıdan açıqlama

27.02.2026

Məzənnə

Yüklənir...