Minlərlə insanın milyardlarla dollar itirdiyi üç kripto fırıldaq növü

Redaktor

17.02.2026 21:29
121

Minlərlə insanın milyardlarla dollar itirdiyi üç kripto fırıldaq növü

Federal Ticarət Komissiyasının məlumatlarına görə, təkcə ötən il amerikalılar saxta investisiya platformalarından tutmuş generativ süni intellekt əsaslı fırıldaqlara qədər müxtəlif sxemlər nəticəsində milyardlarla dollar itiriblər. Zərərin həcmi böyükdür və hədəfə alınanların əksəriyyəti ümumiyyətlə kriptovalyutaya investisiya etməyi planlaşdırmayan şəxslərdir.

Valyuta.az minlərlə insanın milyardlarla dollar itirməsinə səbəb olan üç əsas kripto fırıldaq növünu təqdim edir:

Donuz kökəltmə sxemi

“Donuz kökəltmə” adlandırılan bu sxem onilliklərdir mövcuddur. Fırıldaqçılar adətən tanışlıq tətbiqləri və ya sosial şəbəkələr vasitəsilə qurbanla əlaqə quraraq əvvəlcə etibar qazanırlar, daha sonra isə yüksək gəlir vəd edən kripto investisiyası təklif edirlər. Onlar özlərini maliyyə baxımından uğurlu şəxs kimi təqdim edir və saxta kripto investisiya imkanlarını mərhələli şəkildə təqdim edirlər.

Bu sxem “donuz kökəltmə” adlanır, çünki fırıldaqçı qurbanı daha çox vəsait yatırmağa inandıraraq onu “kökəldir”. Qurban investisiya etdiyini düşündüyü hesaba getdikcə daha çox pul yatırır. “Kəsmə” mərhələsi isə fırıldaqçının yoxa çıxması və qurbanın bütün vəsaitini itirməsi ilə baş verir.

“CBS News”un məlumatına görə, 2025-ci ilin aprelində Merilend ştatında yaşayan bir qadın bu cür kripto fırıldaq nəticəsində milyonlarla dollar itirib. ABŞ Federal Təhqiqat Bürosu (FBI) bildirib ki, “Operations Level Up” əməliyyatı çərçivəsində kriptovalyuta investisiya fırıldağının 5 831 qurbanına bildiriş göndərilib və onların 77 faizi aldadıldıqlarından xəbərsiz olub.

Süni intellekt əsaslı dərin saxtalaşdırmalar

Bu, ən yeni fırıldaq növlərindən biridir. Fırıldaqçılar süni intellektlə yaradılmış video və ya audio materiallardan istifadə edərək məşhur şirkət rəhbərlərinin və influenserlərin adından çıxış edir, insanları şübhəli kriptovalyuta investisiyalarına yönləndirirlər. Süni intellekt texnologiyası bu saxtalaşdırmaları olduqca real göstərir və qurbanları hərəkətə keçməyə inandırır. Bu hal həm kripto bazarında, həm də ənənəvi maliyyə sektorunda artmaqdadır.

Əksər hallarda fırıldaqçılar “Facebook”, “Instagram”, “TikTok” və ya “YouTube” kimi platformalarda video reklamlar yerləşdirirlər. Videolarda dünyanın ən varlı şəxsi olan İlon Mask, eləcə də Rayan Reynolds, Opra Uinfri və Vins Gill kimi tanınmış simalar yer ala bilər.

“Bitget” şirkətinin məlumatına görə, 2024-cü ildə dərin saxtalaşdırma texnologiyası səbəbindən kripto fırıldaq zərərləri 4,6 milyard dollara yüksəlib. Qurbanların əksəriyyətini isə yaşlı insanlar təşkil edir.

Kripto bankomatları

Kripto bankomatı fırıldaqları adətən saxta zəng və ya mesajla başlayır. Fırıldaqçılar özlərini bank və ya dövlət qurumu kimi təqdim edərək vəsaitinizin və ya investisiyalarınızın risk altında olduğunu bildirirlər. Daha sonra yaxınlıqdakı kripto bankomatına gedərək pulu çıxarmağı və “təhlükəsiz” kripto cüzdana yatırmağı tələb edirlər. Həmin cüzdan isə fırıldaqçıya məxsus olur və vəsait yatırıldıqdan sonra geri qaytarılmır.

Federal Ticarət Komissiyasının məlumatına görə, kripto bankomatları ilə bağlı fırıldaq zərərləri 2020-ci ildə 12 milyon dollar olduğu halda, 2023-cü ildə 110 milyon dolları ötüb. 2024-cü ilin ilk yarısında isə bu rəqəm artıq 65 milyon dollara çatıb. Bu halların əksəriyyəti 60 yaşdan yuxarı şəxslər arasında qeydə alınır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...