MUFG analisti: "Sabit koinlər ödəniş vasitəsi kimi "Bitcoin"dən daha uyğundur"

Redaktor

20.02.2026 18:16
308

MUFG analisti: "Sabit koinlər ödəniş vasitəsi kimi "Bitcoin"dən daha uyğundur"

Yaponiyanın ən böyük maliyyə qurumlarından biri olan Mitsubishi UFJ Financial Group (MUFG) analisti Li Hardman sabit koinlərlə bağlı diqqət çəkən açıqlama verib.

O bildirib ki, sabit koinlər bir çox hallarda "Bitcoin" və digər kriptovalyutalardan daha effektiv “pul funksiyası” yerinə yetirə bilir.

Valyuta.az xəbər verir ki, analistin sözlərinə görə, sabit koinlərin əsas üstünlüyü onların aşağı volatilliyə malik olmasıdır. Bu xüsusiyyət onları gündəlik ödənişlər üçün daha uyğun edir:

“Sabit koinlər aşağı dəyişkənliyə görə rəqəmsal nağd pul kimi işləyir. "Bitcoin" isə yüksək volatilliyi səbəbindən gündəlik ödəniş vasitəsi kimi risklidir. Sabit koinlər həm sürətli, həm də daha ucuz əməliyyat imkanı yaradır”.

Hardman əlavə edib ki, xüsusilə inflyasiyanın yüksək olduğu ölkələrdə sabit koinlərdən daha geniş istifadə olunur və beynəlxalq pul köçürmələrində onlar ənənəvi bank sistemləri ilə müqayisədə daha aşağı xərc tələb edir.

Bununla yanaşı, analist "Bitcoin"in rolunu da inkar etməyib. O qeyd edib ki, "Bitcoin" daha çox dəyər saxlama vasitəsi kimi qiymətləndirilə bilər, lakin yüksək qiymət dəyişkənliyi onun gündəlik ödəniş aləti kimi istifadəsini məhdudlaşdırır.

Mütəxəssislərin fikrincə, rəqəmsal maliyyə ekosistemində sabit koinlər ödəniş infrastrukturu, "Bitcoin" isə alternativ aktiv sinfi kimi fərqli funksiyaları yerinə yetirməyə davam edəcək.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...