Redaktor
Niyə hər ay krediti ödəsək də, əsas borc azalmır?
Kredit götürən çox adam bir məqamda eyni sualla üz-üzə qalır: “Mən hər ay ödəyirəmsə, niyə borcum hiss olunacaq qədər azalmır?” Bu sual adətən cədvələ baxanda, ödənilən məbləğlə qalan borc arasında məntiq tapa bilməyəndə yaranır. Məsələ ondadır ki, kreditin işləmə prinsipi insanların gündəlik düşüncə tərzi ilə üst-üstə düşmür. Bankın hesabladığı ilə müştərinin gözləntisi arasında ciddi fərq var və bu fərq başa düşülmədikcə narazılıq qaçılmaz olur.
Bəs niyə hər ay kredit ödəyirəm, amma əsas borcum azalmır?
İqtisadçı Günay Hüseynova Valyuta.az-a bildirir ki, banklarda kredit sistemində annuitet və differensial qaydada ödəniş sistemi mövcuddur:
“İlk növbədə qeyd edim ki, əksər banklarda kredit sistemi annuitet qaydasındadır. Daha təfərrüatlı desək, bank bu yolla bir növ risklərdən özünü qoruyur. Məlumdur ki, problemli kreditlərin sayı kifayət qədərdir. Yeni müraciətçi də problemli kredit müştərisinə çevrilə bilər. Buna görə də bank ilk növbədə öz faizini əvvəldən təmin etməyə çalışır”.

“Yəni ola bilər ki, müştəri 24 aylıq kredit götürüb 4 aydan sonra ödənişi dayandırsın. Bu zaman bank həmin 4 ay üzrə ödənişləri əsasən faiz kimi almış olur. Qalan məbləğə yenidən faiz tətbiq olunur, gecikməyə görə isə əlavə faiz hesablanır. Kreditə müraciət edən müştəriyə ödəniş cədvəli təqdim olunur. Həmin cədvəldə aylar üzrə faiz məbləği və əsas borcun qalığı göstərilir” - deyə G. Hüseynova qeyd edir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026