Özəl məktəblərdə şagirdlərlə daha ehtiyatlı davranılır?

Redaktor

09.02.2026 09:02
406

Özəl məktəblərdə şagirdlərlə daha ehtiyatlı davranılır?

Özəl təhsil müəssisələrində valideynlərin yüksək məbləğdə ödəniş etməsi bəzən müəllim-şagird münasibətlərində fərqli yanaşma məsələsini gündəmə gətirir. Hətta bəzi müəllimlər bildirirlər ki, onlara rəhbərlik tərəfindən “ödəniş edildiyini nəzərə alın, xüsusi yanaşın” kimi tapşırıqlar verilir. Bu fonda belə bir yanaşma formalaşır ki, valideyn çox məbləğ ödədiyi üçün müəllim şagirdə sərt yanaşmamalı, irad bildirməməli və davranış, eləcə də qiymətləndirmə məsələlərində daha yumşaq mövqe tutmalıdır.

Bəs bu yanaşma nə dərəcədə doğrudur və ödəniş faktoru təhsildə bərabər münasibət prinsipini poza bilərmi?

Təhsil eksperti Ramin Nurəliyev Valyuta.az-a bildirib ki, bəzi özəl təhsil müəssisələrində şagirdin təhsil haqqı ödəməsi səbəbilə ona daha yumşaq yanaşılması halları müşahidə oluna bilər: "Təəssüf ki, bəzi hallarda məktəb rəhbərliyi müəllimlərə şagirdin ödəniş etdiyini əsas gətirərək onunla daha ehtiyatlı davranmağı tövsiyə edir. Şagirdin məktəbdən uzaqlaşdırılması məktəb üçün maliyyə itkisi hesab olunduğuna görə belə bir yanaşma formalaşır. Amma bu, düzgün yanaşma deyil".

Ekspert vurğulayıb ki, istər dövlət, istərsə də özəl təhsil müəssisələrində şagird-müəllim münasibətləri hüquq və vəzifələr çərçivəsində tənzimlənir: "Təhsil haqqında qanuna əsasən, bütün şagirdlərin hüquqları eynidir. Valideynin ödəniş etməsi müəllimin şagirdə fərqli münasibət göstərməsi üçün əsas ola bilməz. Müəllim və şagird öz səlahiyyət və məsuliyyətlərini aşmamalıdır".

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir

R.Nurəliyev qeyd edib ki, müəllimə təzyiq göstərilməsi və ya pedaqoji prinsiplərdən kənar davranış qanunvericiliyə ziddir: "Bizim kökdən gələn ənənələrimizə nəzər saldıqda, müəllim hər zaman baş tacı hesab olunub. Müəllimə hər hansı formada təzyiq göstərilməsi yolverilməzdir. Müəllim cəmiyyətin, millətin gələcəyini formalaşdıran əsas fiqurdur və bu istiqamətdə ona qarşı edilən hər hansı təzyiq Təhsil haqqında qanuna ziddir.

Əgər hər hansı bir qayda, tapşırıq və ya yanaşma istər orta ümumi təhsil məktəbinin, istərsə də özəl təhsil müəssisəsinin nizamnaməsində açıq şəkildə qeyd olunubsa, bu halda həmin müəssisənin daxili idarəetmə prinsipləri çərçivəsində buna etiraz etmək mümkün deyil. Çünki hər bir təhsil müəssisəsi fəaliyyətini öz nizamnaməsinə uyğun şəkildə həyata keçirir.

Lakin mövcud qanunvericilik və praktikaya əsasən, nizamnamələrdə müəllimə və ya şagirdə fərqli münasibəti əsaslandıran və ya qanuniləşdirən belə bir qayda mövcud deyil. Elm və Təhsil Nazirliyinə tabe olan təhsil müəssisələrində müəllim və şagirdlərin hüquq və vəzifələri bərabər şəkildə qorunur".

Psixoloq Günel Hacızadə isə bildirir ki, məsələ kənardan göründüyü qədər sadə deyil: “Özəl liseylərdə oxuyan çoxlu yeniyetmə və valideynlərlə çalışmışam. Müasir dövrdə "müəllim uşağa fərqli yanaşsın" tələbi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Əvvəllər bir sinifdə 20 valideyn bunu tələb edirdisə, indi bu rəqəm maksimum 2–3 nəfərdir, bəzən isə heç olmur”.

Psixoloqun sözlərinə görə, özəl məktəblərə marağın əsas səbəbi artıq status deyil, təhsilin keyfiyyətidir: “Əvvəllər özəl liseylərdə əsasən çox yüksək gəlirli ailələrin uşaqları oxuyurdu. İndi isə orta gəlirli ailələr də övladlarını özəl məktəblərə göndərir. Valideynlərin əsas gözləntisi fərqli münasibət yox, daha keyfiyyətli təhsildir".

Planlı olaq, yoxsa həyatı axışına buraxaq? - Effektiv yol

G.Hacızadə hesab edir ki, bu mövzunun gündəmə gəlməsi daha çox neqativ hadisələrdən sonra baş verir: “Əsas problem maddiyat və ya məktəb-valideyn münasibəti deyil. Daha ciddi məsələ valideyn-uşaq münasibətlərinin düzgün qurulmaması, valideynin övladına kifayət qədər vaxt ayırmaması və onun psixoloji durumuna diqqət yetirməməsidir”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...