“PAŞA Bank”da səhmdar pay bölgüsünün dəyişməsi gözlənilir

Redaktor

03.04.2026 15:44
622

“PAŞA Bank”da səhmdar pay bölgüsünün dəyişməsi gözlənilir

"PAŞA Bank" ASC nizamnamə kapitalını artırmağa hazırlaşır. Kapital artımının həyata keçirilməsi bankın səhmdar strukturunda dəyişikliklərə səbəb ola bilər.

Valyuta.az xəbər verir ki, nizamnamə kapitalı 18,659 milyon manat artırılaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatdırılacaq.

Bu artım çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 932 926 ədəd yeni səhmin emissiyası nəzərdə tutulur. Səhmlərin fiziki şəxslərə satılması planlaşdırılır.

Yerləşdirmə tam baş tutacağı təqdirdə, fərdi investorlar bankın səhmlərinin təxminən 5%-nə sahib olacaqlar. Bu isə mövcud səhmdarların pay bölgüsündə nisbətən azalma ilə nəticələnəcək.

Belə ki, hazırda səhmlərin 56,82%-nə nəzarət edən PAŞA Holdinq MMC-nin payı 53,98%-ə enə bilər. Eyni zamanda, 28,18%-lik paya malik olan Bless MMC-nin payının 26,77%-ə düşəcəyi gözlənilir. Bankın səhmlərinin 9,99%-nə sahib olan Arif Paşayevin payı 9,49%-ə, 5,01%-lik paya sahib Mircamal Paşayevin payı isə 4,76%-ə qədər azalacaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"iPhone 18 Pro" gözləniləndən daha ucuz olacaq - Yeni qiymət açıqlandı

25.06.2026

OpenAI ilk xüsusi süni intellekt çipini təqdim edib

25.06.2026

Ağıllı saat satışları artır: "Samsung" üçün təhlükə siqnalı...

25.06.2026

"Micron"un güclü nəticələri "Apple" üçün xəbərdarlıq siqnalıdır

25.06.2026

Sığorta bazarında ödənişlər 95 milyon manata yaxın artdı

25.06.2026

"Google Play Store" 30%-lik komissiya modelini dəyişir

25.06.2026

ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır

25.06.2026

"Binance"in MiCA lisenziya müraciəti rədd edilib

25.06.2026

Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir

25.06.2026

“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb

25.06.2026

Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət

25.06.2026

Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib

25.06.2026

"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"

25.06.2026

İlham Əliyev onları təltif etdi

25.06.2026

Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?

25.06.2026

Kredit faizləri banklara nə qədər qazandırıb?

25.06.2026

Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20

25.06.2026

Dövlət və özəl banklara kredit qoyuluşu artıb

25.06.2026

“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib

25.06.2026
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

25.06.2026

Məzənnə

Yüklənir...