Redaktor
"Paşa Holdinq"ə yeni departament direktoru təyin edildi
“Paşa Holdinq” MMC-də yeni təyinat olub.
Valyuta.az xəbər verir ki, Vahidə Rzayeva Holdinqdə İnsan Resursları Departamentinin direktoru vəzifəsinə təyin edilib.
V.Rzayeva 2024-cü ildən sözügedən şirkətdə fəaliyyət göstərir. Vahidə Rzayeva 2011-2022-ci illərdə "Azercell Telecom MMC-də Təşkilati İnkişaf və Transformasiya üzrə ekspert və lider kimi fəaliyyət göstərib. Bundan başqa o, 2023-2024-cü illərdə AzerGold QSC-də İnsan Resursları direktoru vəzifəsində çalışıb.
Təhsilinə gəlincə, V.Rzayeva Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra MBA dərəcəsini "Georgia State University"də biznesin və əməliyyatların idarə edilməsi üzrə əldə edib, həmçinin "Stanford University"də təhsil proqramlarında iştirak edib.
Qeyd edək ki, Vahidə Rzayeva rus, ingilis və türk dillərini bilir. Bundan əlavə o, Beynəlxalq HR sertifikatlarına malikdir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026