Redaktor
Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Valyuta.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilir ki, 20 fevral saat 23:00-dan 23 fevral saat 08:00-dək Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində (Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Eyni zamanda, 21 fevral saat 08:00-dan 23 fevral saat 22:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri, həmçinin zərurət yarandıqda alternativ yollardan istifadə etmələri xahiş olunur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026