Rabitəbank "Gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

Redaktor

05.05.2026 11:20
410

Rabitəbank "Gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi ®

“Rabitəbank” ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək “Gamer” auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib.

“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq hazırlanmış “Kartmane Gamer” məhsulu bankın gənc auditoriyaya yönəlmiş innovativ məhsullar xəttinin növbəti mərhələsi kimi çıxış edir. Bu məhsulun yaradılmasında məqsəd yalnız ödəniş aləti təqdim etmək deyil, eyni zamanda gaming ekosisteminin ehtiyaclarına uyğun yeni istifadəçi təcrübəsi formalaşdırmaqdır. Yeni kart məhsul xüsusilə oyunsevərlər, rəqəmsal platformalardan aktiv istifadə edən gənclər və gaming ekosisteminin iştirakçıları üçün nəzərdə tutulub. Kart vasitəsilə istifadəçilər oyun platformalarında ödənişlər, rəqəmsal abunəliklər, gündəlik tranzaksiyalar və digər əməliyyatlar üzrə daha rahat, çevik və üstünlüklü bankçılıq təcrübəsindən faydalana biləcəklər. 

Kartın əsas üstünlükləri:

RƏQƏMSAL ÖDƏNİŞLƏRƏ 5%-DƏK KEŞBEK 

Film, musiqi və oyun platformalarında edilən ödənişlər üzrə cashback imkanı (məsələn, Steam, Netflix, Spotify və digər rəqəmsal xidmətlər)

KART QALIĞINA İLLİK GƏLİR 

Kartda saxlanılan vəsait hər ilin sonunda 4% gəlirlə artır, beləliklə istifadəçilər vəsaitlərini daha səmərəli idarə edə bilirlər 

7 İLLİK İSTİFADƏ MÜDDƏTİ 

Uzunmüddətli istifadə imkanı ilə kartın təkrar sifarişinə ehtiyac olmadan rahat bankçılıq təcrübəsi 

3 VALYUTADA İSTİFADƏ İMKANI 

AZN, USD və EUR valyutalarında rahat və çevik ödəniş imkanı 

KOMİSSİYASIZ NAĞDLAŞDIRMA 

İstənilən ATM-də aylıq 2000 AZN/USD/EUR-dək komissiyasız nağdlaşdırma imkanı

Kart sifarişi üçün linkə https://rbt.az/gamer keçid edə bilərsiniz. 

Qeyd edək ki, qlobal maliyyə və ödəniş bazarında gamer yönümlü kart məhsulları son illərdə artan trendə çevrilib. Dünyanın aparıcı ödəniş sistemləri və bankları gaming icmasını yalnız istifadəçi seqmenti deyil, eyni zamanda xüsusi həyat tərzinə malik auditoriya kimi qiymətləndirir. Rabitəbank da bu qlobal yanaşmaya uyğun olaraq yerli bazarda innovativ kart həlli təqdim edir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"iPhone 18 Pro" gözləniləndən daha ucuz olacaq - Yeni qiymət açıqlandı

25.06.2026

OpenAI ilk xüsusi süni intellekt çipini təqdim edib

25.06.2026

Ağıllı saat satışları artır: "Samsung" üçün təhlükə siqnalı...

25.06.2026

"Micron"un güclü nəticələri "Apple" üçün xəbərdarlıq siqnalıdır

25.06.2026

Sığorta bazarında ödənişlər 95 milyon manata yaxın artdı

25.06.2026

"Google Play Store" 30%-lik komissiya modelini dəyişir

25.06.2026

ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır

25.06.2026

"Binance"in MiCA lisenziya müraciəti rədd edilib

25.06.2026

Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir

25.06.2026

“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb

25.06.2026

Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət

25.06.2026

Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib

25.06.2026

"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"

25.06.2026

İlham Əliyev onları təltif etdi

25.06.2026

Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?

25.06.2026

Kredit faizləri banklara nə qədər qazandırıb?

25.06.2026

Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20

25.06.2026

Dövlət və özəl banklara kredit qoyuluşu artıb

25.06.2026

“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib

25.06.2026
Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

Kimlər banklarda rəhbər vəzifə tuta bilməz?

25.06.2026

Məzənnə

Yüklənir...