Redaktor
"Samsung" aparıcı televizor istehsalçısı statusunu itirdi: Yerini hansı şirkət tutdu?
"Samsung" 20 ildən artıq müddətdən sonra ilk dəfə olaraq qlobal televiziya bazarında lider mövqeyini itirərək bu statusu TCL-ə güzəştə gedib.
Qaynarinfo xəbər verir ki, bu barədə "SamMobile" nəşri "Counterpoint Research" analitiklərinin məlumatlarına istinadən yazıb.
2025-ci ilin dekabr ayının nəticələrinə əsasən, TCL dünya üzrə televiziya tədarükündə 16 faiz payla birinci yeri tutub. "Samsung" isə 13 faiz bazar payı ilə ikinci olub. Növbəti pillələrdə müvafiq olaraq 12, 8 və 5 faiz payla "Hisense", LG və "Walmart" qərarlaşıb.
2026-cı ilin yekun nəticələrinin necə olacağı hələ məlum deyil. Belə ki, rüblük və illik tədarük göstəricilərinə görə "Samsung" hələ də lider olaraq qalır. Lakin dekabr ayının təcrübəsi göstərir ki, TCL ilə rəqabət daha da kəskinləşib. Analitiklərin sözlərinə görə, TCL artıq bir neçə aydır artım tempini yüksəldir, "Samsung"un göstəriciləri isə demək olar ki, dəyişməz qalır.
"Counterpoint Research"in hesabatında bildirilir ki, TCL-in uğuru ilk növbədə Çin xaricindəki bazarlara aqressiv ekspansiyası və model sırasını fəal şəkildə genişləndirməsi ilə bağlıdır. Şirkət həm daha əlverişli qiymətli modelləri, həm də premium seqmentli televizorları aktiv şəkildə irəlilədib.
Bundan əlavə, son illərdə "Samsung" və LG LCD televizorlardan daha bahalı OLED modellərinə yönəlib. Bu isə LCD seqmentində boşluq yaradıb və həmin boşluğu Çin brendləri sürətlə doldurmağa başlayıb. LCD televizorlar OLED modellərlə müqayisədə daha ucuz olduğuna görə daha böyük həcmdə satılır. Bu amil "TCL" kimi brendlərə tədarük həcmlərini artırmağa kömək edir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026