Redaktor
Sergey Brin dünyanın ən varlı 3-cü şəxsi oldu
Sergey Brin dünyanın ən varlı şəxsləri siyahısında 3-cü yerə yüksəlib. O, Jeff Bezos və Larry Ellisonu geridə qoyaraq mövqeyini möhkəmləndirib.
Valyuta.az xəbər verir ki, Brinin reytinqdə irəliləməsi "Alphabet" şirkətinin səhmlərinin kəskin bahalaşması ilə bağlıdır. Belə ki, "Alphabet"in bazar dəyəri 4 trilyon dolları ötüb və şirkət bu göstəriciyə çatan dördüncü qlobal nəhəng olub. Daha əvvəl bu həddə "Nvidia", "Microsoft" və "Apple" çatıb.
Məlumata görə, çərşənbə axşamı "Alphabet" səhmləri 1,3% artaraq 337 dolları keçib, son yeddi ticarət günündə isə ümumi artım 6,6% təşkil edib. Eyni vaxtda "Oracle" səhmləri 1,5%, "Amazon" səhmləri isə təxminən 2% ucuzlaşıb.
"Alphabet" səhmlərinə əlavə təkan "Apple" ilə bağlanan yeni süni intellekt razılaşması olub. Razılaşmaya əsasən, "Apple" növbəti nəsil Siri və AI modellərinin əsasını "Google"un "Gemini" texnologiyası üzərində quracaq.
Sərvət göstəriciləri
“Forbes”in real vaxt reytinqinə əsasən:
Sergey Brin – 255,6 milyard dollar
Larri Peyc – 277 milyard dollar
İlon Mask – 725,3 milyard dollar
Ceff Bezos – 253,2 milyard dollar
Larri Ellison – 251,3 milyard dollar
Qeyd edək ki, Brinin sərvəti son artım nəticəsində 4,9 milyard dollar yüksəlib. O, son illərdə "Alphabet" və "Tesla" səhmlərinin bir hissəsini sataraq Parkinson xəstəliyi üzrə elmi araşdırmalara ianə edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026