Silikon-karbon gerçəyi: Batareya ömründə inqilab, yoxsa riskli mərc?

Redaktor

18.02.2026 23:43
78

Silikon-karbon gerçəyi: Batareya ömründə inqilab, yoxsa riskli mərc?

Son otuz ildə smartfon dünyasında batareya texnologiyaları əsasən eyni səviyyədə qalmışdı, lakin silikon-karbon (Si-C) batareyalar bu durğunluğu qırmağa namizəddir. Cari litium-ion batareyalar indiyə qədər ehtiyacları ödəyib, amma müasir telefonların performans tələbləri klassik qrafit əsaslı strukturların limitini göstərir. Məsələn, Realme P4 Power kimi modellər 10.000 mAh tutuma çataraq, bu texnologiyanın standart litium-ion batareyalara nisbətən potensialını ortaya qoyur.

Valyuta.az xəbər verir ki, bu böyük sıçrayışın əsas səbəbi silikonun fiziki xüsusiyyətləridir. Teorik hesablamalara görə, silikon qrafitə nisbətən təxminən 10 dəfə daha çox enerji saxlaya bilir. Bu isə istehsalçılara həm telefonları daha nazik dizayn etmək, həm də standart ölçülü cihazlara böyük batareyalar yerləşdirmək imkanı verir.

Keçən il "Vivo", "OnePlus" və "Xiaomi" kimi markaların amiral gəmisi modellərində bu texnologiyanı istifadəyə başlaması texnologiya devlərinin diqqətini çəkdi. Lakin "iPhone 17" və "Google Pixel 10" kimi cihazlarda hələ də silikon-karbon batareyalar yoxdur. İstifadəçilərə günlərlə bir şarjla istifadə vəd edən bu texnologiyadan "Apple" və "Google" kimi nəhənglərin niyə uzaq durduğu maraq doğurur.

Silikon yüksək enerji səmərəliliyi təklif etsə də, ciddi fiziki çətinliklər gətirir. Klassik litium-ion batareyalar şarj və deşarj zamanı təxminən 10% genişlənirsə, silikon-karbon batareyalarda bu artım 300%-ə qədər çata bilər. Batareyanın bu qədər genişlənib daralması uzun müddət ərzində onun strukturunun pozulmasına, nadir hallarda isə yanma və partlama riskinə səbəb ola bilər.

Mühəndislər bu riski azaltmaq üçün saf silikon əvəzinə genişlənməni balanslaşdıracaq materiallarla qarışıq hazırlayırlar. Karbonun rolu burada önəmli olur; karbon batareyanı sabitləşdirir, amma yan təsir gətirir: karbon miqdarı artdıqca batareyanın enerji sıxlığı, yəni böyük tutum üstünlüyü azalır.

"Realme" kimi markalar az karbon istifadə edərək tutumu artırmaq yolunu seçir, amma "Apple" və "Google" təhlükəsizlik və uzunömürlülük baxımından daha ehtiyatlı davranır. Bu, silikon-karbon batareyalı telefonların təhlükəli olduğu demək deyil; hər cihaz satışa çıxmazdan əvvəl ciddi təhlükəsizlik testlərindən keçirilir.

Hələ də texnologiya nəhəngləri batareyaların daha da yetkinləşməsini gözləyir. Bundan əlavə, mövcud proqram və aparat optimizasiyası sayəsində "iPhone" kimi cihazlar artıq yüksək istifadə müddəti təqdim edir, buna görə də bu keçid hal-hazırda məcburiyyət deyil, seçimdir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...