Şirkətlər hansı hallarda birləşdirilir?

Redaktor

13.02.2026 10:40
281

Şirkətlər hansı hallarda birləşdirilir?

Bəzən qarşımıza belə xəbərlər çıxır: şirkətlər birləşdirilir, ya da bir şirkət digərinin tərkibinə daxil olur. Bu kimi proseslər biznes dünyasında kifayət qədər geniş yayılıb. Bəs şirkətlər hansı hallarda birləşdirilir? Şirkət daxilində hansı proseslər bu qərara gətirib çıxarır?

Bu barədə Valyuta.az-a danışan biznes təlimçisi İlham Əfəndiyev bildirib ki, şirkətlərin birləşdirilməsi adətən təsadüfi qərar olmur. Bu, rəhbərlik səviyyəsində uzun müddət müzakirə olunan və konkret məqsədə xidmət edən addımdır.

Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri iki şirkətin bir-birini tamamlamasıdır: "Məsələn, ABŞ-da "Disney" "Pixar"ı satın aldı, çünki "Pixar" güclü animasiya texnologiyasına malik idi, "Disney" isə qlobal yayım və brend gücünə sahib idi. Azərbaycanda böyük holdinqlər, məsələn, PAŞA Holding bank, sığorta və digər maliyyə şirkətlərini bir struktur altında birləşdirərək xidmətləri bir mərkəzdən idarə edir. Türkiyədə "Turkcell" rabitə xidmətləri ilə yanaşı rəqəmsal xidmət şirkətlərini öz strukturuna qataraq vahid ekosistem qurub. Rusiyada "Yandex" taksi xidmətlərini texnologiya platforması ilə birləşdirərək bazarda mövqeyini gücləndirdi. Çində "Alibaba" ilə "Ant Group" onlayn ticarət və ödəniş sistemlərini bir çətir altında topladı. Avropada "BMW" "MINI" markasını alaraq fərqli auditoriyaya çıxış əldə etdi".

Ekspert bildirir ki, digər mühüm səbəb daha sürətli böyümək istəyidir: "Şirkət yeni bazara sıfırdan daxil olmaq əvəzinə hazır şirkəti alır. ABŞ-da "Meta" "Instagram"ı məhz bu məqsədlə aldı və gənc auditoriyanı sürətlə qazandı. Azərbaycanda bank sektorunda birləşmələr bazar payını artırmaq üçün həyata keçirilir. Türkiyədə "Getir" xarici ölkələrdə fəaliyyət göstərən çatdırılma şirkətlərini alaraq sürətlə genişləndi. Rusiyada "Sberbank" müxtəlif texnologiya platformalarını alaraq özünü klassik bankdan texnologiya şirkətinə çevirməyə çalışdı. Çində "Tencent" oyun studiyalarını alaraq qlobal oyun bazarında mövqeyini gücləndirdi. Avropada "Spotify" podcast şirkətlərini alaraq yalnız musiqi deyil, ümumi audio platformaya çevrildi".

İflas etmək üzrə olan biznesə biznes konsultant köməklik edə bilməz” -  Təlimçi

İ.Əfəndiyev qeyd edir ki, bəzən əsas məqsəd texnologiya və güclü mütəxəssis komandası əldə etmək olur: "ABŞ-da "Google" "DeepMind"i alaraq süni intellekt sahəsində ciddi üstünlük qazandı. Azərbaycanda böyük banklar mobil bankçılığı inkişaf etdirmək üçün İT komandalarını və startapları özlərinə qatırlar. Türkiyədə "ASELSAN" müdafiə texnologiyalarını gücləndirmək üçün yerli texnologiya şirkətləri ilə işləyir və ya onları strukturuna daxil edir. Rusiyada VK və digər texnologiya şirkətləri oyun və proqram təminatı studiyalarını alıb. Çində "Baidu" süni intellekt sahəsində startapları alaraq mövqeyini möhkəmləndirir. Avropada "SAP" bulud texnologiyası sahəsində şirkətlər alaraq məhsul xəttini genişləndirib".

Ekspertə görə, başqa bir səbəb xərclərin azaldılmasıdır: "İki ayrı şirkətdə eyni funksiyalar mövcud olduqda onları birləşdirmək daha səmərəli olur. ABŞ-da "Exxon" və "Mobil" birləşərək böyük enerji nəhənginə çevrildi və xərcləri optimallaşdırdı. Azərbaycanda bank sektorunda birləşmələr idarəetmə və filial xərclərini azaltmağa xidmət edir. Türkiyədə dövlət bankları törəmə şirkətləri ilə daha sıx inteqrasiya qurur. Rusiyada "Rosneft" regional neft şirkətlərini özünə qataraq idarəetməni mərkəzləşdirib. Çində dövlətə məxsus metallurgiya şirkətləri birləşdirilərək istehsal xərcləri azaldılıb. Avropada isə "Airbus" bir neçə ölkənin istehsal gücünü birləşdirərək vahid təyyarə istehsalçısına çevrildi".

Ekspert vurğulayır ki, güclü rəqabət də birləşmələrə səbəb olur: "Bazar sərtləşdikcə şirkətlər tək qalmaq istəmir. ABŞ-da "Uber" müxtəlif ölkələrdə yerli platformalarla birləşib və ya onları alıb. Azərbaycanda media və reklam sahəsində şirkətlər bazarda qalmaq üçün birləşirlər. Türkiyədə e-ticarət platformaları logistika şirkətlərini alaraq rəqabət qabiliyyətini artırır. Rusiyada "Ozon" logistika və texnologiya tərəfdaşlarını öz strukturuna qatır. Çində "Didi" yerli taksi xidmətlərini birləşdirərək dominant mövqe qazandı. Avropada "Lufthansa Group" bir neçə aviaşirkəti eyni qrupda birləşdirərək rəqabət gücünü artırdı".

"Şirkətlər problemlərə görə deyil, daha güclü olmaq, bazarda mövqeyini qorumaq və gələcək riskləri azaltmaq üçün birləşirlər. Bu qərarlar adətən maliyyə vəziyyəti, bazar şərtləri və uzunmüddətli strategiya təhlil edildikdən sonra verilir", - deyə biznes konsultant əlavə edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...