Qızılda 18 ildən sonra bir ilk: Eniş davam edəcək?

Redaktor

04.04.2026 12:38
25

Qızılda 18 ildən sonra bir ilk: Eniş davam edəcək?

ABŞ-İsrail-İran müharibəsinin qlobal təsirləri maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. 

Valyuta.az xəbər verir ki, müharibənin ilk ayı geridə qalarkən, artan geosiyasi risklər enerji xərclərini yüksəldib və inflyasiya təzyiqlərini gücləndirib. Bu vəziyyət ABŞ Mərkəzi Bankının (FED) daha sərt monetar siyasət addımları atacağı ilə bağlı narahatlıqları artırıb.

Bu proses fonunda möhkəmlənən dollar, yüksələn istiqraz faizləri və likvidlik tələbatı qızılın qiymətinə ciddi təsir göstərib. Qızılın unsiya qiyməti mart ayında 11,3 faiz ucuzlaşaraq 2008-ci il qlobal maliyyə böhranından bəri ən kəskin aylıq enişini qeydə alıb.

Yaxın Şərqdə gərginliyin artması və qlobal inflyasiya risklərinin güclənməsi nəticəsində qızıl ötən ay eniş trendinə daxil olub. Mart ayında qiymət 4 099,52 dollar səviyyəsinə qədər geriləyərək 2025-ci ilin noyabrından bəri ən aşağı həddə düşüb.

Analitiklər bildirir ki, neft qiymətlərindəki artımın inflyasiyanı daha da sürətləndirəcəyi gözləntiləri istiqraz gəlirlərinin yüksəlməsinə səbəb olub. Eyni zamanda, FED-in bu il faiz endiriminə getməyəcəyi ehtimalları və investorların “təhlükəsiz liman” kimi dollara yönəlməsi qızılın ucuzlaşmasını sürətləndirib.

Digər tərəfdən, ABŞ və Avropada “Müqəddəs Cümə” tətili ilə əlaqədar bazarların bağlı olması ticarət həcmlərinin azalmasına gətirib çıxarıb. Bu səbəbdən neft qiymətlərində də nisbətən sabit dinamika müşahidə olunub.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Nəzarətsiz artan virtual maşınlar kibercinayətkarlar üçün yeni qapılar açır

04.04.2026

Bakıda yeni “moll” tikiləcək

04.04.2026

Sabah yağış yağacaq

04.04.2026

Qızılda 18 ildən sonra bir ilk: Eniş davam edəcək?

04.04.2026

ABŞ Hörmüz boğazı ilə bağlı riskləri azaltmaq üçün sığorta mexanizmini genişləndirir

04.04.2026

Tövsiyə ilə işə qəbul olunanlar niyə daha az dəstək görür? - Araşdırma

04.04.2026

Tibbi sığorta yığımları azalıb, ödənişlər artıb

04.04.2026

Vurulmuş döyüş sursatının qalıqları "Oracle" şirkətinin binasına ziyan vurub

04.04.2026

Müəllimlərin məzuniyyət pulu necə hesablanır? - DETALLAR

04.04.2026

Passiv gəlir yeri yaratmaq istəyənlər üçün 5 faydalı kitab - SƏHƏR OXUSU

04.04.2026

Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - VİDEO

03.04.2026

Firuzə Cəlilovaya vəzifə verildi

03.04.2026

Ağ Ev "NASA"nın büdcəsini azaltmağı təklif edir

03.04.2026

Sinqapur dünyanın "seyfi" olmaq istəyir: Ölkə qızıl üçün yeni anbarlar hazırlayır

03.04.2026

Onların ailələrinə Prezident təqaüdü təyin edildi

03.04.2026

"Tesla"nın gələcəyi avtomobil deyil? - Rəqəmlər bunun əksini deyir

03.04.2026

Ayda Yer üçün həyati əhəmiyyətli bir resurs var - Onun dəyəri trilyonlarla ola bilər

03.04.2026

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib ®

03.04.2026

ABŞ dərman idxalına 100 faiz tarif tətbiq edə bilər

03.04.2026

Kredit sığortası üzrə ödənişlər 35%-dən çox azalıb

03.04.2026

Məzənnə

Yüklənir...