“S&P” Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib

Redaktor

17.02.2026 12:11
159

“S&P” Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi illik əsasda həyata keçirdiyi Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BİCRA) prosesi çərçivəsində Azərbaycanın bank sektorunun sahəvi risk komponenti üzrə reytinqini yaxşılaşdıraraq 8-ci səviyyədən 7-ci səviyyəyə endirib, iqtisadi risk komponenti üzrə proqnozu isə “stabil”dən “pozitiv”ə dəyişib.

Valyuta.az xəbər verir ki, Qiymətləndirmənin yaxşılaşdırılması üçün əsas olaraq “S&P” son üç il ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə institutlarının tənzimlənməsi və nəzarətin modernizasiyası istiqamətində mühüm təşəbbüslərin həyata keçirilməsini göstərib, risk əsaslı nəzarətin və daha təkmil tənzimləmənin bank sektorunda kredit riskinin azalmasına töhfə verməsinə dair gözləntiləri əks etdirdiyini vurğulayıb.

Agentlik Mərkəzi Bank tərəfindən təsdiqlənən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bank sektoru üzrə digər tənzimləmələrlə yanaşı korporativ idarəetmə standartlarının yeniləndiyini, likvidlik riskinin idarə edilməsi üzrə qaydaların Bazel III standartlarına uyğunlaşdırdığını,likvidliyin örtülmə əmsalı üzrə tələblərin gücləndirildiyini, 2025-ci ilin mart ayından 0,5% səviyyəsində kontr-tsiklik kapital buferinin tətbiq edildiyini, eləcə də istehlak kreditləri və kredit kartları üzrə risklərin idarə olunması və anderraytinqi istiqamətində tənzimləmələrin təkmilləşdirildiyini xüsusilə qeyd edib.

“S&P” həmçinin Mərkəzi Bank tərəfindən 2026-cı ildə risk əsaslı nəzarət modelinə keçid, aktivlərin təsnifləşdirilməsi, ehtiyatların yaradılmasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9-un (IFRS 9) tətbiqi, kapital adekvatlığı çərçivəsinin Bazel III ilə uyğunlaşdırılması, stres-test tələblərinin və rezolyusiya çərçivəsinin təkmilləşdirilməsi istiqamətində olan təşəbbüslərin Azərbaycanda bank nəzarəti və tənzimləməsinin gücləndirilməsinə xidmət edəcəyini bildirib.

Agentlik 2026-cı ildə bankların aktivlərinin keyfiyyəti üzrə göstəricilərin sabit qalacağını və kredit portfelinin artım tempinin 10–12% intervalında olacağını proqnozlaşdırır. Təşkilat həmçinin region ölkələri arasında kreditlərin dollarlaşma səviyyəsinə görə ən aşağı göstəricinin Azərbaycan banklarının payına düşdüyünü xüsusilə vurğulayıb.

Qeyd edək ki, bir sıra beynəlxalq reytinq agentlikləri tərəfindən Mərkəzi Bankın həyata keçirdiyi institusional və tənzimləyici islahatların effektivliyi yüksək qiymətləndirilir. Bu təşəbbüslər ölkə reytinqinin yüksəldilməsinə mühüm töhfə verir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...