Redaktor
"Böyük startaplar illərlə heç bir satış etmədən layihələrini böyüdə biliblər"- Nicat Manafov
Startaplar böyük investisiya cəlb etməyə, peşəkar satış komandaları qurmağa və marketinq büdcələrini artırmağa çalışır. Buna baxmayaraq, bir çox layihə ilk müştərilərini tapmadan fəaliyyətini dayandırır. Maraqlıdır ki, uğursuzluğa səbəb həmişə məhsulun zəifliyi və ya maliyyə çatışmazlığı olmur. Bəzən problem daha fundamental məsələlərdən qaynaqlanır. Təsisçinin bazarı nə dərəcədə anlaması, müştəri ilə birbaşa işləməsi və satış prosesində oynadığı rol. Bəs startapın ilk satışlarını təsisçi özü, yoxsa peşəkar satış komandası etməlidir?
Mövzu ilə bağlı Valyuta.az-a danışan sahibkar Nicat Manafov bildirib ki, Azərbaycandakı startapların tək problemlərindən biri maliyyə çatışmazlığı deyil, eyni zamanda satış problemləri də olur: "Bəzən həqiqətən bazarın ehtiyacı olmadan məhsullar hazırlayırlar. Eyni məhsuldan 10 dənə olduğu halda, onlar 11-cisini hazırlayırlar. Digər 10 məhsuldan heç bir üstünlüyü olmur. Əlbəttə, satış ciddi marketinq büdcələri tələb edən fəaliyyət növüdür. Büdcəniz azdırsa və ya sərmayə tapmaqda çətinlik çəkirsinizsə, məhsulunuz çox unikal və ya qeyri-adi deyilsə, böyük investorlar olmadan satış etmək demək olar ki, qeyri-mümkündür. Ona görə də Azərbaycan kimi ölkələrdə çox unikal məhsul hazırlamaq lazımdır ki, az büdcə ilə də satışa nail olmaq mümkün olsun. Əks təqdirdə, bu çox çətindir. İnvestor demək olar ki, yoxdur. Özünü investor adlandıranlar isə müxtəlif qurumlardan aldıqları vəsaitləri öz şirkətlərinə yönəltməklə məşğuldurlar. Yəni startaplar üçün real investisiya mühiti görünmür.
Təsisçi özü də ilk növbədə çox yaxşı satışçı olmalıdır. Onun satış qabiliyyəti bir çox digər bacarıqlardan daha önəmlidir.

"Böyük startaplara baxdıqda görürük ki, onlar illərlə heç bir satış etmədən layihələrini böyüdə biliblər. Məsələn, “Facebook”, “Shazam” və X və.s. Onlar müəyyən istifadəçi kütləsinə çatdıqdan sonra reklama başlayırlar. Bu layihələr Azərbaycanda yaransaydı, böyük ehtimalla fəaliyyətə başladıqdan bir neçə ay sonra uğursuzluğa düçar olardılar. Çünki onların maliyyə resurslarına çıxışı olmayacaqdı", - deyə N.Manafov vurğulayıb.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026