Tələbəlikdə necə işləyək ki, sonra ixtisasımız üzrə iş tapaq?

Redaktor

19.02.2026 14:00
196

Tələbəlikdə necə işləyək ki, sonra ixtisasımız üzrə iş tapaq?

Son illərdə bakalavr təhsilini bitirib işə hazırlaşan məzunlara verilən ilk sual universitet dövründə öz ixtisası ilə bağlı iş təcrübəsinin olub-olmamasıdır. Bəziləri bu dövrü yalnız təhsil və özünüinkişaf kimi qiymətləndirsə də, artan kadr çoxluğu və əmək bazarının dəyişən tələbləri, bu düşüncələri geridə qoyur. İşə alınan zaman məzundan tələb olunan nəzəri bilikdən çox praktiki təcrübələr olur. Ancaq tələbələr çox zaman öz ixtisası üzrə yox, gəlir əldə edə biləcəyi fərqli sahələrə yönəlir. Bu isə onları öz ixtisaslarından uzaqlaşdırır. Ümumiyyətlə, tələbəlik dövründə işə yanaşmamız necə olmalıdır ki, universitetdən sonra ixtisasımız üzrə iş tapmaq problemi yaşamayaq?

İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Valyuta.az-a bildirir ki, bu sual təsadüfi deyil. Uzun müddət universitet illəri yalnız nəzəri bilik toplamaq və şəxsi inkişaf mərhələsi kimi qəbul edilirdi. Artan rəqabət, məzun sayının çoxalması və əmək bazarının daha praktik yönümlü gözləntiləri bu yanaşmanı dəyişib:

“Bu gün işəgötürənlər üçün diplom ilkin şərtdir, amma əsas qərarı verən faktor məzunun real iş mühitində nə edə bildiyidir. Burada əsas problem tələbələrin işləməsi yox, necə işləməsidir. Tələbələrin böyük hissəsi universitet illərində müxtəlif işlərdə çalışır, lakin bu işlər çox zaman onların ixtisası ilə əlaqəli olmur və yalnız gəlir əldə etmək məqsədi daşıyır. Nəticədə məzun olduqları zaman onların CV-sində iş təcrübəsi mövcud olur, lakin peşə təcrübəsi olmur. Bu isə işsiz qalmaqdan daha çox istiqamətsiz qalmaq problemi yaradır. İnsan işləyib, amma seçdiyi sahəyə bir addım belə yaxınlaşmayıb.

Tələbəlik dövründə işə yanaşma məhz bu nöqtədə fərqli olmalıdır. Universitet illəri təhsilin tamamlandığı mərhələ deyil, karyeranın başladığı mərhələ kimi qəbul edilməlidir. Birinci kurs sahəni tanımaq və hansı istiqamətdə inkişaf etmək istədiyini anlamaq üçün ən doğru zamandır. Sonrakı illərdə isə mütləq şəkildə sahəyə toxunan fəaliyyətlərə daxil olmaq lazımdır. Bu, yarım-ştat iş, köməkçi rol, təcrübə proqramı, könüllülük və ya layihə fəaliyyəti ola bilər. Tam uyğun vakansiya tapılmadıqda belə sahəyə yaxın olmaq, sahədən kənarda işləməkdən uzunmüddətli perspektivdə daha dəyərlidir. Çünki işəgötürən üçün əsas siqnal həmin insanın artıq peşə mühitini tanımasıdır”.

 “Əslində çətin olan iş tapmaq deyil…”

 O deyir ki, burada başqa bir yanlış anlaşılma da mövcuddur: “Çoxları təcrübəni yalnız maaşlı iş kimi qəbul edir. Halbuki, əmək bazarında təcrübə anlayışı xeyli genişlənib. Real problemlərin həlli ilə nəticələnən hər fəaliyyət layihələr, portfel işləri, araşdırmalar, tədbirlərin təşkili, startap cəhdləri, frilans tapşırıqlar peşə təcrübəsi hesab olunur. Şirkətlər artıq namizədin harada işlədiyini deyil, nəyi bacardığını və hansı situasiyalarda məsuliyyət götürdüyünü görmək istəyir.

Əlbəttə, tələbənin maddi ehtiyac səbəbilə ixtisasından kənar sahədə işləməsi bəzən qaçılmazdır. Bu normaldır. Problem həmin işin paralelində sahə üzrə inkişafın tam dayanmasıdır. Universitet dövründə ən azından müəyyən vaxt mütəmadi olaraq ixtisas bacarıqlarına ayrılmazsa, məzun olduqdan sonra karyeraya sıfırdan başlamaq məcburiyyəti yaranır və bu da “iş tapmaq çətindir” düşüncəsini formalaşdırır. Əslində isə, çətin olan iş tapmaq deyil, gec başlanmış karyeranı sürətləndirməyə çalışmaqdır”.

“Nəticə etibarilə universitet diplomu təkbaşına işə qəbul üçün kifayət etmir, amma universitet illəri kifayət edir, düzgün istifadə olunarsa. Tələbəlik dövründə əsas məqsəd yalnız gəlir əldə etmək yox, əmək bazarına hazırlaşmaq olmalıdır. Karyeraya məzun olduqdan sonra deyil, universitetlə paralel başlanıldıqda ixtisas üzrə iş tapmaq problemə çevrilmir, sadəcə növbəti mərhələyə keçid olur” – deyə A.Səmədov qeyd edib.

 “Tələbələr düşünməlidir ki, seçdiyi peşə 5-10 il sonra ona iş qazandıra bilsin”

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov isə deyir ki, bu elə bir məsələdir ki, tələbələr hələ abituriyent vaxtı düşünməlidir ki, seçdiyi peşə 5-10 il sonra ona iş qazandıra bilsin:

“Məsələ ondadır ki, universitetin verdiyi təhsil əmək bazarının tələbidir? Orada verilən bilik, öyrənilən bacarıqlar bazarın ehtiyacıdır? Hazırda əmək bazarı ilə universitetlər tam ayaqlaşa bilir? Görünən odur ki, deyil. Artıq tələbələr ixtisas seçimi etdikdən sonra o ixtisasla bağlı internetdə araşdırma aparmalı, dünyada gedən trendləri, dəbi, tendensiyaları öyrənməlidir. Bunanla bağlı özünü təlim yolu ilə müxtəlif platformalardan öyrənməlidir ki, dövrün tələblərinə cavab verə bilsin.

İxtisasından asılı olmayaq əgər biri ingilis dilini, kompüter dilini bilmirsə, ümumiyyətlə, “Google”dan yaxşı istifadə edib, bilmədiyi bir şeyi öyrənmirsə və əvvəl öyrəndiklərini unudub, yeni biliklər qazanmırsa, iş tapa bilməyəcək. Buna “unlearn” – öyrəndiklərini unutmaq və yeniləri öyrənmək deyilir. Ona görə də universitet tələbəsi mütləqə nəzərə almalıdır ki, onun hazırda öyrəndiyi biliklərin 3-5 il sonra hökmü olmayacaq. Amma bu, o demək deyil ki, həmin ixtisas onun işinə yaramayacaq. Həmin ixtisasın müasir trendləri var. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetində logistika oxuyan tələbə 300-400 balla qəbul olub və ikinci kurs tələbəsidir. Ancaq bu təhsil dövründə o, dünyada yeni təchizat zəncirinin idarə olunması, data analitika, kodlaşdırma, müəyyən platformalarla iş, süni intellektlə iş kimi məsələləri öyrənməsə, ixtisasını əla qiymətlərlə bitirsə də, iş tapa bilməyəcək”.

“Universitet təhsili önəmlidir. Bu təməl bazadır. Onun üzərində nə tikəcəyi tələbənin özündən asılıdır. Tələbə özünü təlim yolu ilə inkişaf etdirib, o təməlin üzərinə tikməlidir. Əgər tikməsə, o təməl heç bir işə yaramayacaq. Tələbələrə tövsiyəm odur ki, özünütəlim yolunu hər zaman aktual saxlasınlar, həyat şüarları “həyatı boyu öyrənmə” olmalıdır. Bu zaman isə iş tapmaq çətinliyi yaranmayacaq” – deyə Q.Məhərrəmov qeyd edib.

Şəbnəm İbrahimxəlilova

 

 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...