Z nəsli spirtli içki içmir - Dünya nəhəngləri 830 milyard dollar itirib

Redaktor

19.02.2026 21:52
113

Z nəsli spirtli içki içmir - Dünya nəhəngləri 830 milyard dollar itirib

Dünyanın ən böyük pivə, şərab və spirtli içki istehsalçılarının səhmləri son 4 ildə birlikdə 830 milyard dollar bazar dəyərini itirib. “Bloomberg”in 50 şirkəti əhatə edən indeksi isə indi 2021-ci ilin iyun ayındakı zirvəsindən 46% aşağıdadır.

Dəyişən içki vərdişləri və artan sağlamlıq narahatlıqları sektorda gəlirləri zəiflədib. Bu enişə yüksək faiz dərəcələrinin istehlak xərclərinə təsiri və yüksək xammal qiymətləri də əlavə olunub. 

Avropanın böyük içki şirkətləri “Diageo”, “Pernod Ricard” və “Rémy Cointreau” səhmlərinin son on ildə ən aşağı səviyyəyə düşdüyünü görüb. Brown-Forman (Jack Daniel’s sahibi) və Avstraliyanın “Treasury Wine Estates” şirkətləri də geriləyib, çinli baijiu istehsalçısı “Kveyçau Moutai” isə 2021-ci ilin yüksək səviyyəsindən 40%-dən çox aşağı qiymətə ticarət olunur. Morqan Stanley analitiki Sara Simon deyib: “Burada struktur dəyişikliyi gedir, insanlar daha az içki içir”. Sektorun qarşısında əlavə risklər var, çünki istehsalçılar həm gəlir azalması, həm yüksək borc səviyyəsi, həm də rəhbərlikdə dəyişikliklərlə üzləşirlər”.

İçki vərdişlərinin dəyişməsi

“Bloomberg”ə görə, əsas problem istehlakçı davranışının dəyişməsidir. Avqust ayında sorğu nəticəsində spirtli içki istehlakının 1939-cu ildən bəri ən aşağı səviyyəyə düşdüyünü göstərib. Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-ın baş cərrahının sağlamlıq xəbərdarlıqları X nəsli arasında tələbatı daha da azaldıb.

Milleniallar və Z nəsli üçün isə spirtli içkilər artıq cəlbedici deyil. Tom Holland və Katy Perry kimi spirtsiz həyat tərzini seçən məşhurlar bu trendləri populyarlaşdırıb. Eyni zamanda, Ozempic kimi kilo vermə dərmanları və kannabis alternativləri də bazara təzyiq göstərir.

Barclays analitiki Laurens Vayet deyib: “Biz spirtli içki istehlakında maliyyə böhranının dörd dəfə təsirini gördük. Bazar hesab edir ki, struktur dəyişiklik baş verib və əvvəlki böyümə sürətlərinə qayıtmayacağıq”.

Enişə baxmayaraq, bəzi investorlar bu sektorda fürsət görürlər. Qlobal içki indeksi gələcək qazancın 15 qatına ticarət olunur. Bu, 2021-ci ilin qiymətinin yarısından azdır. Fondun tərəfdaşı Riçard Kuk deyib:

“İnsanların spirtli içki içməyi dayandıracağını düşünmürük. Gələcəkdə inkişaf edən bazarlarda istehsalçılar daha çox premium, yüksək mənfəətli məhsullar satacaq”.

Digərləri isə daha az uğurludur. Uarren Baffettin “Berkshire Hathaway” səhmlərində təxminən 40% itki yaşayıb. “Bell Asset Management”in tədqiqat rəhbəri Andryu Qoven deyib: “İçki və tütün sənayesini müqayisə etmək 5 il əvvəl ağlasığmaz olardı. Çünki əvvəllər insanlar və investorlar içki ilə tütün şirkətlərini müqayisə etmirdilər. Spirtli içki istehlakı stabil və böyüyən bazar idi”.

O əlavə edib ki, azalan istehlak istehsalçıları xərcləri azaltmağa və daha ucuz məhsullara fokuslanmağa məcbur edir.

Qoven vurğulayıb ki, bu sənaye 7,000 ildir mövcuddur, amma çox şey dəyişə bilər.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...