Redaktor
Azərbaycanlı 9-cu sinif şagirdi Mehdi Qulubəyli Nyu-Yorkda keçirilən BMT Model Konfransında uğurla iştirak edib (FOTO)
Azərbaycanlı 9-cu sinif şagirdi Mehdi Qulubəyli Nyu-Yorkda keçirilən BMT Model Konfransında uğurla iştirak edib.
Dünya sürətlə dəyişir. Bu dəyişimin mərkəzində isə ideyaları, baxış bucaqları və dəyərləri ilə yeni çağın ruhunu ifadə edən gənclər dayanır. Onlar daha sərhədsiz düşünür, daha çox məsuliyyət daşıyır və bəşəri problemlərə daha dərindən empati ilə yanaşırlar. Sevindirici haldır ki, Azərbaycan gəncliyi də bu qlobal dəyişimin yalnız müşahidəçisi deyil, eyni zamanda fəal iştirakçısına çevrilməkdədir.
Bu gün bizim qürurumuz olan gənclərdən biri də Bakı şəhəri 34 nömrəli orta məktəbin 9-cu sinif şagirdləri – Mehdi və Banu Qulubəylilərdir. Onlar yalnız akademik bilikləri ilə deyil, həm də yüksək mənəvi dəyərlərə söykənən dünya görüşləri ilə fərqlənərək beynəlxalq uğura imza atıblar. Qardaş-bacı bu istedadlı məktəblilər dünyanın 194 ölkəsindən 7000 gəncin bir araya gəldiyi "Change the World Model United Nations New York 2025” (CWMUN) konfransında ölkəmizi BMT-nin baş qərargahında uğurla təmsil ediblər.
Mehdi və Banu bu nüfuzlu platformada Azərbaycan gəncliyinin bilik, təfəkkür və liderlik potensialını dünyaya nümayiş etdirməklə yanaşı, "Outstanding Delegate” mükafatı ilə də təltif olunublar. Bu nailiyyət yalnız onların deyil, bütövlükdə Azərbaycan təhsil sisteminin və ailə dəyərlərinin uğurudur.
Bu uğurlar bir daha təsdiqləyir ki, milli dəyərlərlə yetişən, ailə, məktəb və cəmiyyətin dəstəyini arxasında hiss edən Azərbaycan gənci, yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da öz sözünü deməyə qadirdir. Gələcəyimizi əmanət etdiyimiz bu cəsur və ağıllı gənclər bir daha sübut etdilər ki, Azərbaycanın sabahı – sağlam təməllər üzərində qurulan, qlobal düşünən, amma milli ruhunu itirməyən bir gənc nəsillə təminat altındadır.
Qürur duyuruq sizinlə, Mehdi və Banu!
Sizin uğur hekayəniz – bütün Azərbaycan gəncliyi üçün ilham mənbəyidir.
{gallery}
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026