AFB Bank uzunmüddətli strategiyasını açıqladı

Redaktor

16.02.2026 12:18
259

AFB Bank uzunmüddətli strategiyasını açıqladı ®

11 fevral 2026-cı il tarixində AFB Bank tərəfindən “2025-ci ilin Nəticələri və Strateji Baxış 2029” adlı mətbuat konfransı keçirilib. Tədbirdə Bankın İdarə Heyətinin üzvləri, biznes strukturlarının rəhbərləri, eləcə də ölkənin aparıcı media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi 2025-ci ilin maliyyə nəticələrini ictimaiyyətə təqdim etmək, Bankın 2025–2029-cu illəri əhatə edən yeni Strategiyanı açıqlamaq və rəqəmsal bankçılıq istiqamətində yeni məhsul – MONO kartın rəsmi təqdimatını həyata keçirmək olub.

2025-ci ilin maliyyə nəticələri: Keyfiyyətli və dayanıqlı artım

Mətbuat konfransında çıxış edən Bankın İdarə Heyətinin sədri Amid Qənbərov bildirib ki, 2025-ci il AFB Bank üçün güclü maliyyə nəticələri və struktur inkişafı ilə yadda qalıb. İl ərzində Bankın aktivləri 43,3% artaraq 423,0 milyon manata çatıb ki, bu da balans strukturunun daha da möhkəmlənməsinə şərait yaradıb. Kredit portfeli 300,7 milyon manata yüksələrək illik əsasda 64,2% artım nümayiş etdirib. Portfelin 55%-i biznes kreditlərinin payına düşür. Bunun 42%-ni KOS və korporativ kreditlər, 13%-ni isə mikro və aqro kreditlər təşkil edir. Qalan 45% isə ipoteka və pərakəndə kreditlərin payına düşür. Eyni zamanda depozit portfeli 226,4 milyon manata çatıb ki, bu da müştəri etimadının gücləndiyini göstərir.
Bank ötən il 4,26 milyon manat xalis mənfəət əldə edib. Bankın gəlirləri əvvəlki dövrlə müqayisədə 17,6% artaraq 36,7 milyon manata yüksəlib ki, bu da gəlirlilik göstəricilərinin yaxşılaşdığını təsdiqləyir. Kapital adekvatlığı və likvidlik göstəriciləri normativ tələblərdən yüksək səviyyədə saxlanılıb və bu, Bankın maliyyə dayanıqlılığının möhkəm olduğunu nümayiş etdirir. Rəhbərlik vurğulayıb ki, əldə olunan nəticələr effektiv risk idarəetməsi, balanslaşdırılmış portfel siyasəti və əməliyyat effektivliyinin artırılması hesabına mümkün olub.

2025–2029 Strategiya: İnkişafın yeni mərhələsi

AFB Bank-ın 2025–2029-cu illəri əhatə edən Strategiya Bankın inkişafının yeni mərhələsini müəyyən edir və beş əsas istiqamət üzrə formalaşdırılmış ambisiyalı hədəflərə əsaslanır. Strategiyanın mərkəzində əsas seqmentlərdə müştəriyönümlü artım dayanır – kredit portfelinin genişləndirilməsi, aktiv müştəri sayının artırılması, bir müştəriyə düşən məhsul sayının yüksəldilməsi və pərakəndə əmanət portfelinin böyüdülməsi prioritet istiqamətlər kimi müəyyən olunub. Eyni zamanda Bank ekosistem əsaslı bankçılıq modelinə keçidi sürətləndirərək tərəfdaşlıqlar vasitəsilə cəlb olunan biznes və pərakəndə müştərilərin sayını artırmağı, aktiv tərəfdaş şəbəkəsini genişləndirməyi və müştəri ömürlük dəyərini yüksəltməyi hədəfləyir.

Strateji məqsədlərin mühüm komponentlərindən biri insan toxunuşlu rəqəmsal bank modelinin qurulmasıdır. Bu çərçivədə tam rəqəmsallaşdırılmış müştəri təcrübəsinin təmin olunması, kredit verilmə müddətinin optimallaşdırılması, mobil tətbiq üzrə aylıq aktiv istifadəçi sayının artırılması və onlayn pərakəndə kreditlərin payının yüksəldilməsi əsas metriklər kimi müəyyən edilib. Paralel olaraq, güclü brend kimliyinin formalaşdırılması – brendin tanınma səviyyəsinin artırılması, NPS və CSAT göstəricilərinin yüksəldilməsi və media sentiment göstəricisinin yaxşılaşdırılması strateji prioritetlər sırasındadır.

Strategiyanın beşinci istiqaməti isə adaptiv və nəticə yönümlü təşkilat modelinin qurulmasını nəzərdə tutur. İşçi bağlılığı göstəricisinin artırılması, işçi başına düşən gəlirin yüksəldilməsi, dövriyyə əmsalının optimallaşdırılması, xərc/gəlir nisbətinin yaxşılaşdırılması və strategiyanın icra göstəricisinin davamlı nəzarətdə saxlanılması Bankın institusional dayanıqlığını gücləndirəcək əsas amillər kimi müəyyən olunub. Bu yanaşma AFB Bank-ın 2029-cu ilədək bazarda daha güclü mövqe tutmasını və davamlı inkişaf modelini təmin etməyi hədəfləyir.

Mətbuat konfransında çıxış edən AFB Bank-ın İdarə Heyətinin Sədri qeyd edib:

“2025-ci il AFB Bank üçün keyfiyyətli artım və institusional güclənmə ili oldu. Biz yalnız maliyyə göstəricilərində deyil, idarəetmə yanaşmasında, risk mədəniyyətində və müştəri təcrübəsində də mühüm irəliləyiş əldə etdik. 2025–2029-cu illəri əhatə edən yeni strateji baxışımız Bankın davamlı və sistemli inkişafına xidmət edir. Məqsədimiz bazarda daha güclü mövqe, daha yüksək effektivlik və müasir bankçılıq modelinə tam keçiddir.”

Tədbirin mühüm hissələrindən biri də AFB Bank-ın yeni məhsulu – MONO kartın təqdimatı olub. MONO kart müasir istifadəçi tələblərinə uyğun hazırlanmış, rahat, sürətli və rəqəmsal üstünlüklərlə zəngin bank məhsuludur. Kart müştərilərə gündəlik maliyyə əməliyyatlarını daha çevik və intuitiv şəkildə həyata keçirməyə imkan verir.

MONO kart Bankın rəqəmsal inkişaf strategiyasının mühüm komponentlərindən biri olmaqla, innovativ məhsul portfelinin genişləndirilməsi və müştəri təcrübəsinin yeni mərhələyə daşınmasına xidmət edir. 
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb, Bankın gələcək planları və bazar perspektivləri ilə bağlı geniş izahat verilib. AFB Bank qarşıdakı dövrdə də şəffaflıq, dayanıqlı inkişaf və innovasiya prinsiplərinə sadiq qalaraq maliyyə sektorunda etibarlı tərəfdaş mövqeyini möhkəmləndirməyi hədəflədiyini bəyan edib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı

22.02.2026

Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video

22.02.2026

Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?

22.02.2026

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Məzənnə

Yüklənir...