Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?

Redaktor

22.02.2026 13:30
75

Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?

Azərbaycanda elektromobil və hibrid avtomobillərə edilən vergi güzəştləri ümumilikdə avtomobil parkının yenilənməsini sürətləndirib. Son vaxtlar paytaxt Bakının küçələrində daha çox yeni və qənaətcil avtomobillər görürük. Bu, əslində vətəndaşların yanacağa çəkdiyi xərcləri də azaltmalı idi. Amma rəsmi statistika fərqli mənzərə ortaya qoyur. Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar təkcə avtomobil benzini və dizel yanacağına üç milyard 856.3 milyon manat xərcləyiblər. Bu, əvvəlki illə müqayisədə 7.8 faiz çoxdur. Məntiqə görə, yanacağa qənaət edən avtomobillərin artması xərclərin azalmasına gətirib çıxarmalı idi. Deməli, problem yalnız avtomobillərin texniki göstəricilərində deyil. Bəs yanacağa tələbatı artıran əsas amillər hansılardır?
Valyuta.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Bütün avtoparkın yenilənməsi üçün illər lazımdır"
Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, benzin və dizelə sərf olunan vəsaitin artması mövcud şəraitdə normaldır: "Bunun əsas səbəbi daşımaların və yükdaşımalarının hələ də əsasən benzin və dizellə işləyən avtomobillərlə həyata keçirilməsidir. Son illər ekoloji nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlər nəticəsində avtopark qismən yenilənsə də, bu, bütün avtomobil parkının dəyişməsi demək deyil. Məsələn, taksi parkının 60-70 faizi yenilənib. Vətəndaşlar ikinci əl, köhnə avtomobil almaqdan imtina edərək, daha yeni elektrikli avtomobillərə yönəliblər. Amma bütün avtoparkın yenilənməsi üçün illər lazımdır. Ona görə də düşünürəm ki, yalnız müəyyən dövrdən sonra yanacaq sərfiyyatının azalmasını müşahidə etmək mümkün olacaq".
E.Əliyevin sözlərinə görə, güzəştlərin ləğvi insanların yenidən benzin və dizellə işləyən avtomobillərə yönəlməsinə səbəb olacaq: "Gələcəkdə hibrid və elektromobillər özünü tam doğruldarsa, vətəndaşlar onları daha çox əldə etmək istəyəcək. Hibrid avtomobillər artıq etibar qazanıb, lakin elektromobillərə hələ də ehtiyatla yanaşılır".
"Artım bu il də davam edəcək"
E.Əliyev əlavə edir ki, tıxaclar da yanacaq sərfiyyatını artırır: "Şəhərdə mikromobilliyin və avtobusla daşımaların inkişafı bu baxımdan müsbət təsir göstərə bilər. Hazırkı vəziyyətdə isə xərclərin azalacağı real görünmür. Əksinə, bu il artımın davam edəcəyi ehtimal olunur. Çünki avtomobillərə tətbiq olunan güzəştlər dayandırılıb, ikinci əl bazara maraq artıb və daxiliyanma mühərrikli avtomobillər yenidən gündəmə gəlib".
"Xidmət sektorunda daşınma dövriyyəsi artıb"
Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov isə bildirir ki, 2025-ci ildə yanacaq sərfiyyatının artmasının əsas səbəblərindən biri yük və sərnişin daşımalarıdır: "Xidmət sektorunda daşınma dövriyyəsi artıb. Kuryer fəaliyyəti, onlayn ticarət və yüklərin daşınması da bu artımda rol oynayır. Tıxaclar da yanacaq sərfiyyatını xeyli artırır. Elektrikli və hibrid avtomobillərin ümumi avtoparkda payı hələ o qədər də yüksək deyil. Buna görə də hələlik yanacaq sərfiyyatına ciddi təsir göstərmir".
A.İsmayılov əlavə edir ki, iqtisadi aktivliyin artması da yanacaq sərfiyyatını yüksəldir: "Tikinti sahəsində istifadə olunan texnika əsasən dizel yanacağı ilə işləyir. Ticarət sektorunda da daşımaların artması müşahidə olunur".
İctimai nəqliyyatın elektrikləşməsi də töhfə verə bilər
Ekspertin sözlərinə görə, yanacaq sərfiyyatını azaltmaq üçün ictimai nəqliyyatın cəlbediciliyinin artırılması vacibdir: "Keyfiyyətin yüksəldilməsi, intervalların azaldılması, inteqrasiya olunmuş ödəniş sisteminin tətbiqi və müəyyən endirimlər bu baxımdan əhəmiyyətli ola bilər. Şəxsi avtomobildən imtina da müsbət təsir göstərə bilər. İctimai nəqliyyatın və taksilərin mərhələli şəkildə elektrikləşdirilməsi yanacaq sərfiyyatına daha əsaslı təsir göstərə bilər".
A.İsmayılovun fikrincə, yaxın müddətdə sərfiyyatın azalacağını gözləmək çətindir: "Xüsusilə bu il qiymətlərin artması fonunda statistik göstəricilərin aşağı düşəcəyi real görünmür. Yəni istehlak eyni səviyyədə qalsa belə, xərclər arta bilər. Müəyyən tədbirlər görülsə, artımın sürətini azaltmaq mümkün olar. Elektromobil və hibrid avtomobillərin sayını qısa müddətdə kəskin artırmaq mümkün deyil, bunun üçün vaxt lazımdır. Taksilərin və kuryer nəqliyyatının elektrikləşdirilməsi müəyyən qədər təsir göstərə bilər".
Səbəb yaşı 10-dan yuxarı olan avtomobillərdir
Nəqliyyat eksperti Aslan Əsədov qeyd edir ki, yanacağa çox pul xərclənməsi adətən qiymət artımı ilə əlaqələndirilir, lakin ötən il yanacağın qiymətində artım olmayıb: "Bizdə yaşı 10-dan yuxarı olan avtomobillər ümumi avtoparkın 70-80 faizini təşkil edir. Onlar əsasən benzin və dizellə işləyir. Bu səbəbdən yanacağa xərclənən vəsaitin hələ də artması normaldır. Elektromobillərin avtomobil parkında payı o qədər də böyük deyil. Ona görə də onlar ümumi yanacaq sərfiyyatının azalmasına təkan verə bilmirlər".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı

22.02.2026

Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video

22.02.2026

Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?

22.02.2026

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Məzənnə

Yüklənir...