Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib?

Redaktor

03.04.2026 12:45
21

Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib? - Statistika

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında cüzi azalma, ölkədən xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında isə artım qeydə alınıb.

Valyuta.az xəbər verir ki, hesabat dövründə Azərbaycana dünyanın 163 ölkəsindən 337,3 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır. Gələnlərin əsas hissəsini Rusiya Federasiyası (23,2%), Türkiyə (21,1%) və İran (9,0%) vətəndaşları təşkil edib. 

Gender bölgüsünə görə, ölkəyə daxil olanların 72,0%-ini kişilər, 28,0%-ini qadınlar təşkil edib.

Eyni dövrdə Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərində artım müşahidə edilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədən çıxan vətəndaşların sayı 0,8% artaraq 298,7 min nəfərə çatıb.

Səfərlərin istiqamətinə baxdıqda, Türkiyə əsas istiqamət olaraq qalır - səfərlərin 37,4%-i bu ölkənin payına düşür və bu göstərici illik müqayisədə 2,1% artıb. Rusiya Federasiyasına səfərlər 15,2% təşkil edib və 2,8% azalıb. İrana səfərlər isə 17,7% artaraq 12,5%-ə yüksəlib. Gürcüstana səfərlər 12,2% azalaraq 9,9% təşkil edib. 

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının 66,7%-ini kişilər, 33,3%-ini qadınlar təşkil edib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yusif Qəmərli yüksək vəzifəyə təyinat aldı

03.04.2026

2030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq

03.04.2026
Evinizi sığortalamaq neçəyə başa gəlir?

Evinizi sığortalamaq neçəyə başa gəlir? - QİYMƏTLƏR

03.04.2026

Azərbaycanda "Google"un bazar payı artıb, "ChatGPT"nin payı azalıb

03.04.2026

"OpenAI" media platforması aldı

03.04.2026

Bitcoin və Ethereum: fərq nədir və hansını seçmək daha məqsədəuyğundur?

03.04.2026

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

03.04.2026

Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib? - Statistika

03.04.2026

Aynur Kərimovaya Mədəniyyət Nazirliyində vəzifə verildi

03.04.2026

Alabalığın kiloqramını İrandan 7, Norveçdən 22 manata alırıq - Qiymətlər

03.04.2026

Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı - RƏSMİ

03.04.2026

Xalis xarici aktivlər aylıq 130.9 mln. manat azalıb

03.04.2026

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu

03.04.2026

Futbolçulara ən çox maaş ödəyən klubun adı açıqlandı

03.04.2026

Süni intellekt dünyanın ən təhlükəsiz əməliyyat sistemlərindən birini sındırıb

03.04.2026

Agentliyə yeni şöbə müdiri təyin olundu

03.04.2026
 Aylıq büdcədən nə qədərini "fövqəladə hal" üçün ayırmaq lazımdır?

Aylıq büdcədən nə qədərini "fövqəladə hal" üçün ayırmaq lazımdır?

03.04.2026

Avtonəqliyyat sığortasında yığımlar azalıb, ödənişlər artıb

03.04.2026

Quba Regional Turizm İdarəsinin rəisi işdən çıxarıldı

03.04.2026

2025-ci ildə AFFA-ya 61,4 milyon manat vəsait daxil olub

03.04.2026

Məzənnə

Yüklənir...