Redaktor
Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu
Nazirlər Kabineti yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında qərar qəbul edib.
Valyuta.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri müəyyən edilib.
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri aşağıdakı kimidir:
- ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu;
- ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).
Ödənişli avtomobil yolunun texniki dərəcəsi – I c, hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4, hərəkət zolağının eni – 3,5 metr, yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr hissəsində – 2 metr, torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr, yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr, ayırıcı zolağın eni – 2 metrdir.
Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri aşağıdakı kimidir:
- Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):
- uzunluğu – 101 kilometr;
- texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;
- hərəkət zolaqlarının sayı – 2;
- hərəkət zolağının eni – 3,5 metr;
- yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;
- torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.
Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi
nəzərə alınmaqla təsdiq etməli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRusiyanın beynəlxalq ehtiyatları bir həftədə 21 milyard dollar azaldı
03.04.2026Yusif Qəmərli yüksək vəzifəyə təyinat aldı
03.04.20262030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq
03.04.2026
Evinizi sığortalamaq neçəyə başa gəlir? - QİYMƏTLƏR
03.04.2026Azərbaycanda "Google"un bazar payı artıb, "ChatGPT"nin payı azalıb
03.04.2026"OpenAI" media platforması aldı
03.04.2026Bitcoin və Ethereum: fərq nədir və hansını seçmək daha məqsədəuyğundur?
03.04.2026Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
03.04.2026Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib? - Statistika
03.04.2026Aynur Kərimovaya Mədəniyyət Nazirliyində vəzifə verildi
03.04.2026Alabalığın kiloqramını İrandan 7, Norveçdən 22 manata alırıq - Qiymətlər
03.04.2026Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı - RƏSMİ
03.04.2026Xalis xarici aktivlər aylıq 130.9 mln. manat azalıb
03.04.2026Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu
03.04.2026Futbolçulara ən çox maaş ödəyən klubun adı açıqlandı
03.04.2026Süni intellekt dünyanın ən təhlükəsiz əməliyyat sistemlərindən birini sındırıb
03.04.2026Agentliyə yeni şöbə müdiri təyin olundu
03.04.2026