Redaktor
Süni intellekt dünyanın ən təhlükəsiz əməliyyat sistemlərindən birini sındırıb
Açıq mənbəli "FreeBSD" əməliyyat sistemində kritik boşluq süni intellekt vasitəsilə cəmi bir neçə saat ərzində istismar edilib.
Valyuta.az xəbər verir ki,, süni intellekt sistemi təhlükəsizlik xəbərdarlığı əsasında hərəkət edərək boşluğu analiz edib və sıfırdan işlək hücum mexanizmi hazırlayıb. Nəticədə sistemə tam nəzarət imkanı verən “root access” əldə olunub.
Məlumata görə, bu boşluq "Claude AI" modelindən istifadə edən tədqiqatçı tərəfindən aşkarlanıb. Lakin əsas diqqət çəkən məqam süni intellektin təkcə problemi müəyyən etməsi deyil, həm də onu real hücuma çevirməsi olub.
Ekspertlər bildirir ki, bu hadisə süni intellektin artıq yalnız köməkçi alət deyil, eyni zamanda müstəqil şəkildə kiberhücum həyata keçirə bilən vasitəyə çevrildiyini göstərir.
Mütəxəssislərin fikrincə, bu, kibertəhlükəsizlik sahəsində yeni mərhələnin başlanğıcı hesab olunur. Belə ki, əvvəllər həftələr tələb edən hücumların hazırlanması prosesi artıq saatlar ərzində həyata keçirilə bilər.
Bununla yanaşı, təhlükəsizlik sistemlərinin zəif tərəflərinin daha sürətli aşkarlanması və istismarı ehtimalı da artıb. Bu isə şirkətlərin və dövlət qurumlarının müdafiə mexanizmlərini yenidən nəzərdən keçirməsini zəruri edir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRusiyanın beynəlxalq ehtiyatları bir həftədə 21 milyard dollar azaldı
03.04.2026Yusif Qəmərli yüksək vəzifəyə təyinat aldı
03.04.20262030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq
03.04.2026
Evinizi sığortalamaq neçəyə başa gəlir? - QİYMƏTLƏR
03.04.2026Azərbaycanda "Google"un bazar payı artıb, "ChatGPT"nin payı azalıb
03.04.2026"OpenAI" media platforması aldı
03.04.2026Bitcoin və Ethereum: fərq nədir və hansını seçmək daha məqsədəuyğundur?
03.04.2026Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
03.04.2026Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib? - Statistika
03.04.2026Aynur Kərimovaya Mədəniyyət Nazirliyində vəzifə verildi
03.04.2026Alabalığın kiloqramını İrandan 7, Norveçdən 22 manata alırıq - Qiymətlər
03.04.2026Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı - RƏSMİ
03.04.2026Xalis xarici aktivlər aylıq 130.9 mln. manat azalıb
03.04.2026Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu
03.04.2026Futbolçulara ən çox maaş ödəyən klubun adı açıqlandı
03.04.2026Süni intellekt dünyanın ən təhlükəsiz əməliyyat sistemlərindən birini sındırıb
03.04.2026Agentliyə yeni şöbə müdiri təyin olundu
03.04.2026