Azərbaycanda 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

Redaktor

20.04.2026 12:48
106

Azərbaycanda 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

Azərbaycanda bu ilin I rübündə 16 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verilib.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-mart aylarında 29 mikro və kiçik sahibkar "Startap" şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Şəhadətnamə almış sahibkarların 10-u hüquqi, 6-sı fiziki şəxsdir.

Startaplardan 10-u Bakı şəhərindən, 6-sı isə regionlardandır. "Startap" şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri e-ticarət və rəqəmsal marketinq, səhiyyə texnologiyaları, onlayn oyun istehsalı, səyahət və turizm xidmətləri, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir.

Qeyd edək ki, "Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. "Startap" şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyin nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda 2 bankda əhalinin əmanətləri azalıb

21.04.2026

E-saglam.az 5 yaşında

21.04.2026

AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır

21.04.2026

Kiloqramı 28 manat: Azərbaycanın ən bahalı mavi pendir idxalı bu ölkədəndir

21.04.2026

Adi mətbəx süngəri ilə başlayan startap milyonluq biznesə çevrildi

21.04.2026

Şuşada 29 milyon manata 7 yeni yaşayış binası tikiləcək

21.04.2026

Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - YENİLƏNİB

21.04.2026
“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb

“Paşa Bank”da təhlükəli kreditlər 4 dəfəyə yaxın artıb

21.04.2026

Sabah 22 dərəcə isti olacaq

21.04.2026

Fransa sərt büdcə qənaətinə keçir

21.04.2026

Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"

21.04.2026

Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir

21.04.2026

28 May ətrafında tramvay şəbəkəsi yaradılır

21.04.2026

Bakı metrosunda ən gəlirli və ən sıx 5 stansiya açıqlanıb

21.04.2026

Azərbaycanda qızıl istehsalı azalıb

21.04.2026
"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur?

"Bank Respublika"nın hansı rayonda vaxtı keçmiş kreditləri çoxdur? - CƏDVƏL

21.04.2026

17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi

21.04.2026

“Kapital Bank”ın verdiyi bu kreditlərin məbləği 934 milyon manatdan çox artıb

21.04.2026

Azərbaycan neftinin qiyməti 110 dolları keçib

21.04.2026

"Apple"ın baş icraçı direktoru Tim Kuk istefa verdiyini açıqlayıb: şirkətə kim rəhbərlik edəcək?

21.04.2026

Məzənnə

Yüklənir...