Azərbaycanda az işləyib yüksək maaş alan sahələr

Redaktor

18.06.2026 13:15
542

Azərbaycanda az işləyib yüksək maaş alan sahələr - SİYAHI

2026-cı ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 1 172,1 manat təşkil edib.

Valyuta.az xəbər verir ki, həmin dövrdə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı isə 144,6 saat olub.

Əməkhaqqı səviyyəsi üzrə sektorlar arasında fərqlər müşahidə olunub. Belə ki, neft-qaz sektorunda orta aylıq əməkhaqqı 4 534,6 manat, qeyri-neft-qaz sektorunda isə  1 111,5 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqları 1 152,5 manat, özəl müəssisələrdə isə bu göstərici 1 191,3 manat olub.

İş saatı digər sahələrə görə az olub, yüksək maaş alanlar (manat) :

İqtisadi fəaliyyət növləri Cəmi Orta aylıq nominal əməkhaqqı İş saatlarının miqdarı
dövlət qeyri-dövlət
Mədənçıxarma sənayesi 4 327,8 2 530,2 5 189,2 142,9
Maliyyə və sığorta fəaliyyəti 3 261,5 4 977,7 2 874,4 144,0
İnformasiya və rabitə 2 158,8 1 931,7 2 299,8 142,9
Peşə, elmi və texniki fəaliyyət 1 989,9 1 418,7 2 466,3 142,2
Dövlət idarəetməsi və müdafiə, sosial təminat 1 707,2 1 749,6 684,9 147,0
Nəqliyyat və anbar təsərrüfatı 1 559,2 1 672,0 1 392,1 141,4
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 1 352,8 869,9 1 462,7 143,0
18.06.2026

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...