Bankların kiçik bizneslər üçün kredit şərtləri

Redaktor

12.06.2026 11:50
404

Bankların kiçik bizneslər üçün kredit şərtləri - 500 manatdan 2 000 000-a qədər

Azərbaycanda fəaliyyət göstərən banklar mikro biznes subyektləri üçün müxtəlif məbləğ, müddət və faiz şərtləri ilə kredit məhsulları təklif edir.

Valyuta.az-ın araşdırmasına əsasən, mikro biznes kreditlərinin məbləği bankdan asılı olaraq 500 manatdan 2 milyon manatadək dəyişir, kreditlərin müddəti isə əsasən 3 aydan 48 aya qədər uzanır.

Təklif olunan faiz dərəcələri minimum 5%-dən başlayır, komissiya haqları isə bəzi banklarda tətbiq olunmadığı halda, digərlərində 2%-dək təşkil edir. 

Banklar Mikro biznes kreditləri
Məbləğ Faiz dərəcəsi Müddət Komissiya
ABB 100 000 AZN-dək 16%-dən 3-48 ay 0,5%
Kapital Bank 1 000-100 000 AZN 16%-dən 36 ayadək -
AccessBank 100 000 AZN-dək 16%-dən 48 aya qədər -
Yelo Bank 500-100 000 AZN-dək 10%-dən 6-48 ay 0-2%
Bank Respublika 500-100,000 AZN min.5% 48 ayadək 0%-1.5%
Expressbank 500-70 000 AZN 18%-dən 48 ayadək 0%-1,5%
VTB Bank 50 000 AZN-dək 18 %-dən 36 ayadək 0 %-dən
Bank Avrasiya 10 000-100 000 AZN 13%-17% 36 ay -
Rabitəbank 500-100 000 AZN 15%-28% 3-36 ay -
TuranBank 2 000 000 AZN-dək 17%-dən 36 ayadək 0.5%-dən
12.06.2026

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...