Azərbaycanda ilk dəfə “World Robot Caspian Cup” yarışı keçiriləcək

Redaktor

18.02.2026 13:33
149

Azərbaycanda ilk dəfə “World Robot Caspian Cup” yarışı keçiriləcək

Rəhman Rəsulzadə: Yarış “Made in Azerbaijan” brendi altında yeni texnoloji məhsulların formalaşmasına imkan yaradacaq

Azərbaycanda ilk dəfə olaraq bu il iyunun 26-dan 28-dək “World Robot Caspian Cup” adlı beynəlxalq robototexnika yarışı keçiriləcək.

Bunu “AREA Group of Companies”in rəhbəri, Azərbaycan Robototexnika Mühəndislik Akademiyasının (AREA) təsisçisi Rəhman Rəsulzadə deyib.

Rəhman Rəsulzadə bildirib ki, AREA artıq 10 ildir ölkəmizdə mühəndislik və robototexnika sahəsində fəaliyyət göstərir və əsas məqsəd gənclərin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarını artırmaqdır.

“Gənclərlə, tələbələrlə və məktəblilərlə çalışırıq. Robototexnika, mühəndislik, süni intellekt və dron texnologiyaları üzrə bilik və bacarıqların inkişafına yönəlmiş layihələr həyata keçiririk. Məqsəd ölkədə texnoloji ekosistemin gücləndirilməsidir. Bütün gəncləri və bu sahədə maraqlı olanları “World Robot Caspian Cup”da iştirak etməyə dəvət edirik”, - deyə o bildirib.

AREA-nın təsisçisi qeyd edib ki, keçiriləcək yarış gənclərin öz ideyalarını, prototiplərini və layihələrini təqdim etməsi üçün platforma rolunu oynayacaq və “Made in Azerbaijan” brendi altında yeni texnoloji məhsulların formalaşmasına imkan yaradacaq.

© Azərtac

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...