Redaktor
Bank müştərinin şəxsi məlumatlarını icazəsiz sorğulaya bilər?
Sosial şəbəkədə bir nəfər paylaşım edib bildirir ki, bank onun sosial müdafiə və təminat məlumatlarını sorğulaması ilə bağlı mesaj göndərib. Amma şəxs qeyd edir ki, bununla bağlı o, banka hər hansı bir icazə verməyib.
Maraqlıdır, bankların müştərinin icazəsi olmadan məlumatlarını sorğulamaq səlahiyyəti varmı?
Məsələ ilə bağlı Valyuta.az-a danışan “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, şəxsi məlumatların sorğulanması vahid portal üzərindən- (MyGov) həyata keçirilir və bu sistemdə detallı seçim imkanları mövcuddur.

Onun sözlərinə görə, hər bir vətəndaş kredit təşkilatları və banklar üzrə, eləcə də ayrı-ayrı funksiyalar üzrə şəxsi məlumatlarının ötürülməsini məhdudlaşdıra və ya buna icazə verə bilər: "Əgər vətəndaş MyGov platforması üzərindən əvvəlcədən razılıq veribsə, məlumatların sorğulanması qanunvericiliyə uyğun hesab olunur".
Ekspert qeyd edib ki, vətəndaşlar portalda bu məsələyə diqqət yetirməli, məlumat ötürülməsinə icazə verilib-verilmədiyini əvvəlcədən özləri müəyyən etməlidirlər: "Portalda bütün bankların və bank olmayan kredit təşkilatlarının adları yer alır və fərdi məlumatlar, şəxsiyyət vəsiqəsi məlumatları, ailə üzvləri və gəlirlər barədə informasiyaların paylaşılması ilə bağlı ayrıca seçimlər təqdim olunur",
X.Məmmədlinin sözlərinə görə, vətəndaş istədiyi məlumatı funksiyalar üzrə və ya maliyyə qurumları üzrə məhdudlaşdıra bilər və bu seçimlərin edilməsi kifayət qədər sadədir.
O qeyd edib ki, adətən bu cür sorğular kredit rəsmiləşdirilməsi prosesi zamanı həyata keçirilir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026