Redaktor
Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?
Vətəndaş bildirir ki, valideynləri boşandığı zaman özünün 16 yaşı və qardaşının 6 yaşı olduğuna görə aliment hüququna malik olub. Lakin həmin dövrdə ata yalnız 3 ay aliment ödəyib, daha sonra isə rəsmi işi olmadığı və qanunların o vaxt sert olmaması səbəbi ilə ödəniş həyata keçirilməyib. Hazırda isə ailənin bütün üzvləri böyüyüb və işləyirlər. Xanım atasının onların bu gün işlədiyi yer, qazancı və digər məlumatlarla maraqlandığını öyrənib.
Sual yaranır ki, aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?
Valyuta.az-a danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova bildirdi ki, əgər yetkinlik yaşına çatmış övlad 18 yaşına qədər atasının ona baxmadığını, qayğı göstərmədiyini, maddi yardım və digər mənəvi dəstəyi təmin etmədiyini sübut edə bilisə, o zaman bu hallar məhkəməyə təqdim edilə bilər:

"Məhkəmə təqdim olunan sübutları obyektiv şəkildə qiymətləndirir və qanunvericiliyə əsasən qərar qəbul edir. Belə hallarda məhkəmə iddianın rədd olunması barədə qərar çıxara bilər. Bu məsələ Əmək Məcəlləsinin 82-ci maddəsində öz əksini tapıb. Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olan övladlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərinə baxmaq və onları saxlamaqla bağlı hüquqi öhdəlik daşıyırlar. Amma məhkəmə müəyyən etsə ki, valideyn, məsələn, ata, vaxtilə öz valideynlik borcunu yerinə yetirməyib – yəni övladına baxmayıb, onu tərk edib və ya aliment ödəməkdən yayınaraq valideynlik məsuliyyətini pozubsa – bu halda övladlar həmin valideyni saxlamaqdan azad edilə bilərlər. Bu hallar qanunda açıq şəkildə nəzərdə tutulur. Bundan əlavə, əgər valideyn məhkəmə qərarı ilə valideynlik hüququndan məhrum edilibsə, o zaman həmin şəxsə aliment ödənilmir".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı
22.02.2026Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video
22.02.2026Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
22.02.2026Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026