Biznes menecerdən AYNA-ya TƏKLİF

Redaktor

16.04.2026 11:35
651

Biznes menecerdən AYNA-ya TƏKLİF

Biznes menecer Pərviz Əzimov AYNA tətbiqində parklanma ödənişləri ilə bağlı mövcud problemlərlə əlaqədar öz "Facebook" hesabında təkliflə çıxış edib. O bildirib ki, sürücülər ən çox parklanmanı söndürməyi unutduqları və ya ümumiyyətlə aktiv etmədikləri hallarda əlavə xərclərlə üzləşirlər.

Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, bir halda istifadə edilməyən xidmətə görə artıq ödəniş tutulur, digər halda isə sürücünü 20 manat cərimə gözləyir.

Pərviz Əzimov hesab edir ki, bu problemin həlli üçün AYNA tətbiqində abunəlik sistemi yaradılmalıdır. O qeyd edib ki, qurumun əlində artıq kifayət qədər məlumat bazası var və bu imkanlardan istifadə etməklə rahat şəkildə yeni model qurmaq mümkündür.

Təklifə əsasən, tətbiqdə aylıq, həftəlik, eləcə də iş yeri üçün xüsusi parklanma abunə paketləri təqdim oluna bilər.

Biznes menecerin fikrincə, “iş yeri parklanması” paketində istifadəçi xəritədə iş yerini seçər, müəyyən radius daxilində parklanma zonasına aylıq ödəniş edər və əlavə aktivləşdirmə ehtiyacı olmadan xidmətdən istifadə edə bilər.

O vurğulayıb ki, belə bir sistem həm sürücülər üçün rahatlıq yaradar, həm də əlavə ödəniş və cərimə hallarını minimuma endirər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...