Brend öz auditoriyasını necə seçməlidir?

Redaktor

17.12.2025 11:55
187

Brend öz auditoriyasını necə seçməlidir?

Brend üçün uğurun açarı təkcə yaxşı məhsul və ya xidmət deyil. Əsas məsələ odur ki, bu məhsul kimin üçün yaradılıb. Çünki hər kəsə xitab etməyə çalışan brendlər, əslində, heç kim üçün yaddaqalan olmur. Güclü brendlər isə öz auditoriyasını dəqiq tanıyır, onun ehtiyaclarını anlayır və mesajını birbaşa ona yönəldir. 

Bəs brend üçün “öz auditoriyası”nı necə düzgün seçə bilər?

Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirir ki, brend strategiyasının uğurlu olub-olmaması birbaşa düzgün hədəf auditoriyanın seçilməsindən asılıdır: “Təcrübəmdə dəfələrlə müşahidə etmişəm ki, güclü məhsula və ya xidmətə sahib olan brendlər belə auditoriyanı düzgün müəyyən etmədikdə bazarda istədikləri nəticəni əldə edə bilmirlər. Fikrimcə, hədəf auditoriya seçimi brendin özünü tanıması ilə başlayır. Brend hansı problemi həll etdiyini, bazarda hansı boşluğu doldurduğunu və istehlakçıya hansı dəyəri təqdim etdiyini dəqiq bilməlidir. Bu mərhələ olmadan aparılan auditoriya seçimi əsasən təsadüfi olur və uzunmüddətli strategiya yaratmağa imkan vermir. Əlbəttə ki, demoqrafik göstəricilər auditoriyanın ilkin çərçivəsini formalaşdırır. Yaş, cins, gəlir səviyyəsi və coğrafi amillər brendin kimə xitab etdiyini müəyyən etməyə kömək edir. Lakin müasir marketinq reallığında bu məlumatlar kifayət etmir. İnsanların qərarları yalnız rasional deyil, eyni zamanda emosional əsaslara söykənir. Bu səbəbdən, auditoriyanın dəyərləri, həyat tərzi, maraqları və motivasiyası kimi psixoqrafik faktorlar xüsusi önəm daşıyır”.

“Bununla yanaşı, davranış əsaslı analiz də diqqətdən kənarda qalmamalıdır. Müştərinin alış vərdişləri, qiymətə həssaslığı, endirim və kampaniyalara reaksiyası, həmçinin hansı platformalarda daha aktiv olması brend üçün vacib göstəricilərdir. Bu cür analizlər real dataya əsaslandığı üçün daha dəqiq və ölçülə bilən nəticələr təqdim edir. Praktikada rast gəlinən əsas problemlərdən biri brendlərin “hamıya xitab etmək” istəməsidir. Halbuki bu yanaşma brend mesajının zəifləməsinə və kommunikasiya dilinin qeyri-müəyyən olmasına səbəb olur. Fokuslanmış auditoriya seçimi brendə daha güclü mövqelənmə və daha effektiv kommunikasiya imkanı yaradır. Eyni zamanda qeyd etməliyəm ki, hədəf auditoriya seçimi birdəfəlik proses deyil. Bazar dinamikdir, istehlakçı davranışları dəyişir və brendlər bu dəyişikliklərə uyğunlaşmalıdır. Davamlı testlər, ölçmələr və strategiyanın yenilənməsi brendin bazarda aktual qalmasını təmin edir. Nəticə olaraq düşünürəm ki, hədəf auditoriyanı düzgün seçən brendlər yalnız satışlarını artırmır, eyni zamanda istehlakçı ilə daha güclü və uzunmüddətli əlaqə qururlar. Bu da brendin etibarlılığını və bazardakı mövqeyini möhkəmləndirən əsas amillərdən biridir”- deyə S.Mehdiyev qeyd edir.

Tənzilə Ağabalayeva

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? - VİDEO

18.12.2025

Ən yaxşı liderlər böhran zamanı yüksək riskli qərarları necə verirlər?

18.12.2025

Ultra-zənginlərin seçimi: 2025-ci ildə alınan bahalı 5 lüks daşınmaz əmlak bazarı

18.12.2025

Onların bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

18.12.2025

Şirkət 1,8 milyard dollar qiymətləndirmə ilə 300 milyonluq investisiya alıb

18.12.2025

Unun topdansatış qiymətləri açıqlandı - FOTO

18.12.2025

İlon Mask açıqladı: Yer orbitində neçə peyk var?

18.12.2025

“Kontakt Home” 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

18.12.2025

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

18.12.2025

Çin avtomobillərinin əsas problemləri: Nələri bilmək lazımdır?

18.12.2025

30 saniyəlik reklam üçün 7 milyon?

18.12.2025

Şirkətlər bu oyuncaqların satışından milyardlarla dollar qazanıb

18.12.2025

ABB-yə məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

18.12.2025

Gələn ildən xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə yeni giriş qiymətləri tətbiq ediləcək

18.12.2025

Bakıda camışların sayı azalıb

18.12.2025

Manatın insanların “cibində” qalma müddəti azalıb

18.12.2025

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

18.12.2025

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18.12.2025

"Amazon" "OpenAI"a 10 milyardlıq investisiya planlaşdırır

18.12.2025

Onlara bayrama görə 1000 manat verildi

18.12.2025

Məzənnə

Yüklənir...