"Bu biznesə başlamaq üçün yüksək məbləğdə sərmayəyə ehtiyac yoxdur" - 3 filialları var

Redaktor

18.12.2025 11:15
227

"Bu biznesə başlamaq üçün yüksək məbləğdə sərmayəyə ehtiyac yoxdur" - 3 filialları var

Biznesə başladığı dəqiq rəqəm yadımda deyil, amma ilkin sərmayə demək olar ki, çox az idi. Təxminən bir neçə min manat civarında olmuşdu.

Valyuta.az “İNK Academy”nin təsisçisi Orxan Salmanov ilə biznes yolu ilə bağlı söhbətləşib.

Qeyd edək ki, Orxan Salmanov Bakı Dövlət Universitetinin Amerikaşünaslıq ixtisası üzrə məzunu olub. Lakin universitetin birinci kursundan etibarən fəaliyyətini məhz marketinq sahəsində davam etdirib. Marketinq sahəsində 10 illik təcrübəyə və 6 illik sahibkarlıq fəaliyyətinə malikdir. 

- Orxan bəy, universitet illərində “ilin ən yaxşı tələbəsi” seçilmisiniz. Hazırda təhsil sahəsində bir biznes sahibi olmağınız, görünür, təsadüfi deyil. 

- Bəli, universitetin ilk ilində aktiv ictimai fəaliyyətimə görə “İlin ən yaxşı tələbəsi” seçilmişdim. Uşaqlıqdan bəri aktiv həyata meyilli olduğum üçün ali təhsil dövründə yalnız dərs və ev arasında qalmağın mənə uyğun olmadığını tez anladım. Bu səbəbdən dostlarımın dəstəyi ilə universitet daxilində tədbirlərin təşkili, layihələrin həyata keçirilməsi və digər ictimai fəaliyyətlərlə məşğul olmağa qərar verdim. Elə ilk ilimdə də bu fəaliyyətim universitet tərəfindən qiymətləndirildi və “İlin ən yaxşı tələbəsi” adına layiq görüldüm.

- Onda tələbəlik illərində daha çox təhsil yönümlü olmusunuz?

- Xeyr, tələbəlik dövründən etibarən müxtəlif sahələrdə iş təcrübələrim də olub. Digər bir çox tələbə kimi mənim də karyeramın başlanğıc mərhələsində şadlıq sarayında ofisiant, marketdə isə kassir kimi vəzifələr yer alıb. Daha sonra isə tur rəhbəri, marketinq mütəxəssisi və marketinq meneceri kimi vəzifələrdə fəaliyyət göstərmişəm.

- Xarici dil sahəsinə marağınız necə yaranıb? 

- Düzü, xarici dilə xüsusi marağım olmayıb. 

- Amma biznesinizi bu sahədə qurmusunuz…

- (Gülür) Əslində, marketinq sahəsində fəaliyyətimin ilk illərindən etibarən müxtəlif sahələrdə boşluqların mövcud olduğunu düşünürdüm və bu sahələrdən biri də təhsil idi. Eyni zamanda, təhsil sahəsində biznes qurmaq üçün yüksək məbləğdə sərmayəyə ehtiyac olmaması və bu istiqamətdə müəyyən təcrübəmin olması universiteti bitirdikdən, sonra 22 yaşımda qurduğum “İnk Academy”nin yaradılmasına səbəb oldu.

- Dediniz ki, bu biznesə başlamaq üçün yüksək məbləğdə sərmayəyə ehtiyac yoxdur. Hansı məbləğlə başladınız?

- Dəqiq rəqəm yadımda deyil, amma ilkin sərmayə demək olar ki, çox az idi. Təxminən bir neçə min manat civarında olmuşdu.

O dövrdə yaxşı qənaət və yığım bacarığına malik idim, baxmayaraq ki, indi bu bacarığımı itirmişəm.

- O maliyyəni ailədən almışdınız, yoxsa özünüz yığmışdınız?

- Ailəm biznes fəaliyyətimdən təxminən 2-3 il sonra xəbər tutdu. Tələbəlik illərində işləməyimə qarşı idilər, çünki təhsilim üçün böyük fədakarlıqlar etmişdilər və dövlət sektorunda işləməyimi daha uyğun hesab edirdilər. Buna baxmayaraq, həyatımda baş verən müsbət dəyişikliklərdə onların rolu böyük olub. Həmin məbləği əvvəlki maaşlarım və əlavə gəlirlərim hesabına toplamışdım. O dövrdə yaxşı qənaət və yığım bacarığına malik idim, baxmayaraq ki, indi bu bacarığımı itirmişəm.

- Tələbə vaxtı işləmisiniz, bəs biznes təcrübəniz olub?

- Biznes qurmamışdan əvvəl müxtəlif şirkətlərə kənardan marketinq xidməti göstərmişəm. Eyni zamanda, fərdi şəkildə marketinq dərsləri də tədris etmişəm. Hazırda da marketinq sahəsində fəaliyyətim davam edir, ehtiyac olduqda müxtəlif şirkətlərə konsultasiya xidməti göstərirəm. “İnk Academy”dən sonra biznes istiqamətində müxtəlif layihələr üzərində işləmişik. Bəzi layihələr zamanı düzgün vaxtın olmadığını müəyyən edərək onları dayandırmaq qərarına gəlmişik. 2025-ci ildə başladığımız “Casting.az” layihəsi isə son dövrlərdə ciddi maraq qazanıb. Bu layihə bir startap olaraq inkişaf etdirilir və əsas məqsədimiz onun qlobal bazarda yer almasını təmin etməkdir.
“İnk Academy”də isə son iki ildir ki, yalnız təsisçi kimi kənardan iştirak edirəm.

- “İNK Academy” adını seçmək ideyası necə yarandı?

- Marketinq sahəsində çalışdığım üçün brendin formalaşmasında detallara xüsusi diqqət yetirirdim. O dövrdə “academy” sözü hələ geniş yayılmamışdı və uyğun ad tapmaq çətin idi. Təhsillə bağlı sözləri araşdırarkən mürəkkəbin və lüləyin ilkin təhsil prosesindəki rolunu gördüm. “Öz mürəkkəbimizlə yadda qalacağıq” ideyası ilə bu adı seçdik. Bütün meyarlar uyğun gəldiyi üçün “İnk Academy” adında qərarlaşdıq.

- İlk tələbələrinizi necə qazandınız? 

-İlk tələbələri yaxın ətrafımdan cəlb etmişdim. Geniş tanış çevrəm və sosial mediada aktivliyim bu baxımdan mənə böyük üstünlük verdi. Bütün bizneslərdə olduğu kimi, fəaliyyətin ilkin mərhələsi çətin olur. Xüsusilə də arxada hər hansı bir investisiya və ya maliyyə dəstəyi olmadıqda bu çətinlik daha da artır. Ayı başa vurmaq, bir neçə vəzifəni eyni anda yerinə yetirmək ciddi səylər tələb edir. Elə mərhələlər olurdu ki, eyni zamanda həm marketoloq, həm ofis meneceri, həm insan resursları üzrə mütəxəssis, həm də digər funksiyaları öz üzərimə götürməli olurdum.

- Sosial mediada görürük ki, kimsə dil kursu axtaranda istifadəçilər sizin kursunuzu da tövsiyə edirlər. Yəni, “tələbə tələbə gətirər” yanaşması sizdə bəs çoxluq təşkil edir?

- Hazırda istənilən biznesdə tövsiyənin rolu böyükdür. Təhsil sahəsində isə bu, daha da önəm kəsb edir. Əgər sizi tələbələriniz tövsiyə etmirsə, nəinki 6 il, heç daha az müddətdə belə fəaliyyət göstərmək mümkün olmaz. Biz bu aspektə xüsusi diqqət yetiririk. Çünki təhsil biznesi insanların gələcək həyat planlarına birbaşa təsir edir. Biz heç vaxt kiminsə həyat planı ilə risk etməyi özümüz üçün doğru hesab etmirik. Təhsil sahəsi ciddi yanaşma və məsuliyyət tələb edən bir istiqamətdir.

- Son illər ingilis dili kursu açanların sayı artıb və bu sahə gəlirli istiqamət kimi təqdim olunur. Sizcə, bu sahədə həqiqətən uğur qazanmaq nə ilə bağlıdır?

- Dil kursu açanların sayı hər zaman çox olub və bu proses dövri şəkildə davam edir. Bəziləri fəaliyyətə başlayır, digərləri isə fəaliyyətini dayandırır. Bu bazarda davamlı və uğurlu şəkildə fəaliyyət göstərmək üçün tələbələrə yüksək səviyyədə xidmət göstərmək vacib şərtdir. Peşəkar müəllimlərlə əməkdaşlıq etmək, onlara layiq olduqları əməkhaqqını vermək və inzibati komandanın da müvafiq səriştəyə malik olması xüsusi önəm daşıyır. Bu prinsiplərə əməl etməyən, yalnız tələbələrin ödədiyi məbləği hədəf alan şəxslərin bu sahədə uğur qazanması mümkün deyil.

Biz təcrübəli və peşəkar müəllimlərlə işləməyə çalışırıq. Öyrətmə bacarığı da önəmlidir. Bu nüansları axtardığımız üçün ona uyğun maaş təklif etməyə çalışırıq

- Layiq olduqları əməkhaqqı dediniz. Sizin bir vakansiyanızı gördüm, maaş 5000-7000 idi. Yəni burda müəllim seçimi necə aparılır, kimlərlə işlənilir?

- Biz təcrübəli və peşəkar müəllimlərlə işləməyə çalışırıq. Öyrətmə bacarığı da önəmlidir. Bir şəxs müəllim ola bilər, amma öyrətmə bacarığı yaxşı deyilsə, nəticə yaxşı olmur. Bir də müasir metodlardan istifadədə nəticəyönümlülüyə fikir veririk. Bu nüansları axtardığımız üçün ona uyğun maaş təklif etməyə çalışırıq

- Hazırda bazarda bir çox dil kursu fəaliyyət göstərir. Sizin kursu digərlərindən fərqləndirən əsas cəhətlər nələrdir? 

- Bəli, hazırda ölkədə ən yüksək rəqabətin olduğu sahələrdən biridir. Bu bazarda fərqlənə bilməmək, demək olar ki, yox olmaqla nəticələnə bilər. Biz kurs açanda, əksər təhsil bizneslərinin rəhbərliyində müəllimlər dayanırdı və onların böyük bir qismi biznesin idarə olunması, maliyyə və marketinq sahələri üzrə yetərli bilik və təcrübəyə malik deyildi. Bu isə bizim daha sürətli böyüməyimiz üçün əlverişli şərait yaradırdı. Ümumilikdə isə, bizi digərlərindən fərqləndirən məqamlar kifayət qədər çoxdur. Əsas məsələ odur ki, biz insanların nə istədiyini dəqiq bilirik: tələbə hansı proqram vasitəsilə daha qısa zamanda dil öyrənə bilər? Biz ona hansı real faydaları təqdim edə bilərik? Hansı formatda və məzmunlu proqramlara ehtiyac var?

Sektor daxilində bir çox rəqibin bu gün istifadə etdiyi yanaşmalar və istiqamətlər, əslində, vaxtilə bizim müəyyənləşdirdiyimiz yoldan qaynaqlanır. Bizim tətbiq etdiyimiz yeniliklər daha sonra rəqiblər tərəfindən təkrar edilir, lakin eyni konseptual dərinliyi anlayıb təqdim edə bilmədikləri üçün fərq özünü aydın şəkildə göstərir. Bəzən proqramlarımızın adlarını belə kopyalayaraq, mahiyyətə varmadan təkliflər irəli sürürlər. Bizi fərqləndirən digər mühüm faktor isə komandamızın həm pedaqoji, həm də inzibati səviyyədə peşəkarlığı və onlara verdiyimiz dəyərdir.

- Kursla bağlı gələcək planlarınız nələrdir? 

- Gələcək planlarımızın əsasını böyümə istiqaməti təşkil edir. Hədəfimiz tələbə sayını və ümumilikdə fayda verdiyimiz insanların sayını artırmaqdır. Bu məqsədlə yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənəcəyini planlaşdırırıq.
Hazırda “İnk Academy” 3 filialla fəaliyyət göstərir və bu sayın artırılması istiqamətində konkret addımlar atırıq. Eyni zamanda, bizi izləyən şəxslər üçün bir neçə xoş xəbəri paylaşmağı da nəzərdə tuturuq.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? - VİDEO

18.12.2025

Ən yaxşı liderlər böhran zamanı yüksək riskli qərarları necə verirlər?

18.12.2025

Ultra-zənginlərin seçimi: 2025-ci ildə alınan bahalı 5 lüks daşınmaz əmlak bazarı

18.12.2025

Onların bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

18.12.2025

Şirkət 1,8 milyard dollar qiymətləndirmə ilə 300 milyonluq investisiya alıb

18.12.2025

Unun topdansatış qiymətləri açıqlandı - FOTO

18.12.2025

İlon Mask açıqladı: Yer orbitində neçə peyk var?

18.12.2025

“Kontakt Home” 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

18.12.2025

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

18.12.2025

Çin avtomobillərinin əsas problemləri: Nələri bilmək lazımdır?

18.12.2025

30 saniyəlik reklam üçün 7 milyon?

18.12.2025

Şirkətlər bu oyuncaqların satışından milyardlarla dollar qazanıb

18.12.2025

ABB-yə məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

18.12.2025

Gələn ildən xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə yeni giriş qiymətləri tətbiq ediləcək

18.12.2025

Bakıda camışların sayı azalıb

18.12.2025

Manatın insanların “cibində” qalma müddəti azalıb

18.12.2025

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

18.12.2025

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18.12.2025

"Amazon" "OpenAI"a 10 milyardlıq investisiya planlaşdırır

18.12.2025

Onlara bayrama görə 1000 manat verildi

18.12.2025

Məzənnə

Yüklənir...