Buraxılış imtahanları niyə mart ayında keçirilir?

Redaktor

20.02.2026 09:20
184

Buraxılış imtahanları niyə mart ayında keçirilir?

Bir çox ölkələrdə buraxılış imtahanlar daha gec tarixlərdə təşkil olunduğu halda, Azərbaycanda bu imtahanlar mart atında keçirilir. Xüsusilə müəllimlərin proqramı tam başa çatdırmaqda çətinlik çəkməsi, eləcə də şagirdlərdə mart imtahanından sonra yaranan müəyyən “boşluq” bu məsələyə diqqəti artırır. Kollecə qəbul imtahanı verən abituriyentlərin də mart imtahanından sonra dərslərdə daha az aktiv olması görünür. Maraqlıdır ki, Azərbaycanda buraxılış imtahanları niyə mart ayında keçirilir?

Təhsil eksperti Ramin Nurəliyev Valyuta.az-a bildirib ki, təhsili inkişaf etmiş ölkələrin təxminən 80%-ində buraxılış, (final və ya məzun imtahanları) may-iyun aylarında keçirilir: " İnkişaf etmiş ölkələrdə orta ümumi təhsil proqramı tam yekunlaşır, tədris planı başa çatır və yalnız bundan sonra imtahan mərhələsinə başlanılır. Təxminən 18-19% ölkədə isə imtahanlar aprel ayında təşkil olunur. Xüsusilə Avropa ölkələrində əsas imtahan dövrü may-iyun aylarına təsadüf edir".

Ekspert deyir ki, buraxılış imtahanlarının mart ayında keçirildiyi ölkələrin sayı çox məhduddur: "Azərbaycanla yanaşı, Hindistan və Pakistanın bəzi bölgələrində, həmçinin Afrikada ayrı-ayrı ölkələrdə bu praktika mövcuddur. Digər ölkələrdə isə imtahan təqvimi daha fərqli qurulur. Məsələn, ABŞ-da bəzi ştatlarda imtahanlar aprel ayında, digərlərində isə may ayında keçirilir. Çində imtahan prosesi adətən aprel ayından başlayaraq mərhələli şəkildə həyata keçirilir. Yaponiyada isə əsas imtahan dövrü may ayına təsadüf edir".

Azərbaycanda mart imtahanlarının keçirilmə səbəbi nədir?

R.Nurəliyevin sözlərinə görə, Azərbaycanda buraxılış imtahanlarının mart ayında keçirilməsinin əsas səbəbi qiymətləndirmə prosesinin hələ də böyük ölçüdə canlı resurslar vasitəsilə aparılmasıdır: "İmtahan nəticələrinin yoxlanılması, təsdiqlənməsi və elan edilməsi müəyyən vaxt tələb edir. Hazırda imtahan nəticələri adətən 3-4 həftə ərzində, yəni təxminən bir aya yaxın müddətdə açıqlanır. Bu zaman kəsiyi Dövlət İmtahan Mərkəzinin digər mərhələlərlə uyğunlaşma aparmasını zəruri edir. Nəticələrin elanından sonra apellyasiya mərhələsi, yekun nəticələrin təsdiqi, daha sonra isə blok imtahanlarının birinci və ikinci cəhdləri keçirilir. Bunların hamısı müəyyən zaman ardıcıllığı tələb edən proseslərdir.

Bununla yanaşı, Azərbaycan dili və rus dili üzrə imtahanlar, qabiliyyət imtahanları, digər qəbul mərhələləri bir-biri ilə üst-üstə düşməməsi üçün xüsusi planlaşdırma aparılır. Məhz bu səbəbdən buraxılış imtahanları mart ayında təşkil olunur".

Repetitorluğun artmasının iki əsas səbəbi var” - Ramin Nurəliyev |  tehsil365.news

Ekspertin sözlərinə görə, əslində DİM də bu imtahanların daha gec tarixdə keçirilməsində maraqlıdır: "Hazırda imtahan sistemində rəqəmsallaşdırma istiqamətində addımlar atılır. Kiçik həcmli imtahanların bir qismi artıq bu tətbiq vasitəsilə yoxlanılır. Həm Elm və Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi bu prosesi mərhələli şəkildə həyata keçirir. DİM bu istiqamətdə xüsusi inzibati infrastruktur da yaradıb. Rəqəmsal sistem tam tətbiq olunarsa, nəticələr daha qısa müddətdə elan edilə bilər, imtahan mərhələləri arasında vaxt itkisi azalacaq, imtahan təqviminin daha gec aylara keçirilməsi mümkün olacaq. Buna nümunə kimi MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanını göstərir. Bu imtahanda nəticələr demək olar ki, imtahan başa çatan kimi açıqlanır".

Ekspertin fikrincə, əgər buraxılış imtahanı aprel ayında keçirilsə, mövcud sistem şəraitində bu, digər imtahanların təşkilinə mənfi təsir göstərə bilər. Məhz buna görə indiki modeldə mart ayı məcburi seçim kimi qalır.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə imtahanların may-iyun aylarında keçirilməsi təsadüfi deyil və bu, tövsiyə olunan model hesab olunur: "Çünki mart ayında buraxılış imtahanı verən şagird tədris ili hələ davam etdiyi halda məktəbə gəlməyi mənasız hesab edə bilər. “İmtahanı vermişəm, artıq dərsə niyə gəlirəm?” düşüncəsi yaranır, bu isə dərslərə laqeyd yanaşmaya, motivasiya azalmasına və müəyyən intizam problemlərinə səbəb ola bilir".

R.Nurəliyev hesab edir ki, mart ayında buraxılış imtahanlarının keçirilməsi ideal model deyil: "Ümid edirik ki, imtahanların rəqəmsallaşdırılması prosesi başa çatdıqdan sonra imtahan tarixləri yenidən nəzərdən keçiriləcək və daha uyğun təqvim formalaşdırılacaq".

Ekspertin qənaətinə görə, texnoloji imkanlar genişləndikcə Azərbaycanda da buraxılış imtahanlarının keçirilmə vaxtının beynəlxalq praktikaya uyğunlaşdırılması real görünür.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...