Çin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi

Redaktor

17.12.2025 17:28
81

Çin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi

Çin çip və mikroçip istehsalçısı "MetaX Integrated Circuits" şirkətinin səhmləri Şanxay Fond Birjasında ticarətə başlayıb. 

Valyuta.az xəbər verir ki, ticarətin ilk günündə şirkətin səhmləri 690% artaraq səhm başına 105 yuandan 829 yuana çatıb.

"MetaX"a investorların marağı şirkətin həmçinin süni intellekt texnologiyaları üçün qrafik emal qurğuları (GPU) istehsal etməsi ilə artır. Çində bu cür avadanlıqlara çıxış ABŞ-ın süni intellekt qrafik aparatları sahəsində qlobal lider olan "Nvidia"nın ixracına qoyduğu sanksiyalarla məhdudlaşıb. Bu fonda Çin hakimiyyəti bu yaxınlarda yerli istehsal olan süni intellekt çiplərini dövlət satınalma siyahısına əlavə edib.

Dekabrın əvvəlində bəzi media orqanlarının artıq "Çin Nvidia" adlandırdığı daha böyük Çin süni intellekt çip istehsalçısı "Moore Threads" da Şanxay Fond Birjasında yüksək uğurlu bir IPO keçirərək 1,1 milyard dollar cəlb edib. "Moore Threads" səhmləri ilk ticarət günündə təxminən 400% artıb.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...