“AFB BANK” tender elan edir

Redaktor

18.12.2025 14:52
113

“AFB BANK” tender elan edir ®

Tenderin adı: “AFB BANK”ASC tərəfindən  Marketinq agentliyi xidmətlərinin satın alınması

Tenderin elan tarixi: 17.12.2025

İştirak üçün sənəd qəbulunun son tarixi: 26.12.2025

Tender təkliflərinin son qəbul tarixi : 09.01.2026

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

•    tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
•    tender təklifi (tender zərflərinin açıldığı tarixdən (25 noyabr 2025-ci il) sonra azı 30 (otuz) iş günü qüvvədə olmalıdır
•    İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
•    iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
•    iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı

Göstəriləcək xidmətlərin siyahısı:    

Copywriting və Kommunikasiya

•    SMM postları üçün reklam xarakterli mətnlərin hazırlanması.
•    Bayram və əlamətdar günlər üçün təbrik məzmunlarının yazılması.
•    Kampaniyalar üçün kreativ adların və sloganalrın təklif edilməsi.
•    Vebsayt üçün mətnlərin yazılması və mütəmadi yenilənməsi.
•    Story və TikTok üçün yaradıcı video kontent ideyalarının verilməsi.
•    Reklam məqsədli Push və SMS mətnlərinin hazırlanması.
•    Radio reklamları üçün səsləndirmə mətnlərinin hazırlanması.
•    Reklam filmləri üçün skriptlərin hazırlanması.

Dizayn İşləri

•    Sosial media üçün aylıq post dizaynları (statik və dinamik – minimum 12 dizayn).
•    Sosial media postlarının bütün adaptasiyalarının hazırlanması.
•    Çap məhsullarının dizaynı (leaflet, buklet, poster, açıqca və digər materiallar).

Foto və Video İstehsalı

•    Ayda minimum 4 dəfə brendə uyğun foto çəkilişlərin həyata keçirilməsi.
•    Ayda 4 ədəd qısa video kontent (Reels və s.) hazırlanması.
•    Animasiya çarxlarının yaradılması (mövzudan asılı olaraq qrafik animasiya və motion dizayn).

Digər Kreativ və Marketinq Xidmətləri

•    Özəl günlər üçün brendinq olunmuş korporativ hədiyyələrə dair təkliflərin verilməsi.
•    Bazar trendlərinin izlənilməsi və mütəmadi əsaslandırılmış təkliflərin təqdim edilməsi.
•    Böhran vəziyyətinin analizi, kommunikasiya idarəetməsi və strategiyanın hazırlanması.
•    Bayram və digər özəl günlər üçün xüsusi kommunikasiya və kampaniya planlarının hazırlanması.
•    Sosial media hesablarının idarə olunması, təhlükəsizlik tədbirlərinin görülməsi və ümumi nəzarət.
•    Səhifə statistikasının artımı üçün strategiyaların hazırlanması və icrası.
•    Müsabiqələr, giveaway-lər və ya digər interaktiv fəaliyyətlərlə orqanik izləyici artımının təmin edilməsi.
•    Blogger və influencerlərlə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə olunması.
•    Həftəlik və aylıq analitik hesabatların hazırlanması.
•    Aylıq sosial media post planının hazırlanması.
•    Məhsul və kampaniyalar üzrə kommunikasiya planlarının hazırlanması.
•    Rəqiblərin analizi və tələb olunan formatda hesabatların təqdim edilməsi.

*Bəndlər üzrə qiymətlər ayrı-ayrı qeyd edilməlidir.

Tender təklifinin valyutası

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi Azərbaycan Respublikasının milli valyutasında aparılır.

Ödəniş şərtləri

Xidmətlər üçün təsdiq ediləcək məbləğ hər ay   təhvil-təslim sənədləri imzalandıqdan sonra 10 iş günü ərzində ödəniləcək.

Tenderdə iştirak etmək istəyən  şirkətlər qiymət təkliflərini  tələb edilən sənədlər ilə birlikdə qapalı zərfdə 26.12.2025-ci il -tarixinə kimi, qiymət təkliflərini isə 09.01.2026-cı il tarixinə kimi poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına  göndərməlidir. Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 27.12.2025-ci il tarixində əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( vusal.mehdiyev@afb.az  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Şirkətlər bu oyuncaqların satışından milyardlarla dollar qazanıb

18.12.2025

ABB-yə məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

18.12.2025

Gələn ildən xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə yeni giriş qiymətləri tətbiq ediləcək

18.12.2025

Bakıda camışların sayı azalıb

18.12.2025

Manatın insanların “cibində” qalma müddəti azalıb

18.12.2025

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

18.12.2025

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18.12.2025

"Amazon" "OpenAI"a 10 milyardlıq investisiya planlaşdırır

18.12.2025

Onlara bayrama görə 1000 manat verildi

18.12.2025

"Coursera" və “Udemy” 2,5 milyard dollarlıq razılaşma ilə birləşir

18.12.2025

İş adamının pulunu ələ keçirən şəxs ev dustaqlığına buraxıldı

18.12.2025

“AFB BANK” tender elan edir ®

18.12.2025

DSX-nın döyüş bayraqlarının təsvirində dəyişiklik edildi

18.12.2025

Bu universitetin əməkdaşları təltif edildi - SƏRƏNCAM

18.12.2025

Bu bölgələrdə banka əmanət yerləşdirmək sərfəli deyil?

18.12.2025

"Aqrarkredit"in əmlakları 30% endirimlə satışa çıxarılır

18.12.2025

İslandiyadan Münhenə: Soloturistlər üçün Avropada ən yaxşı 5 məkan

18.12.2025

Avropanın mərkəzində "Amazon" "zəlzələsi": Nə baş verir?

18.12.2025

"Bitcoin" niyə yüksəlmir? - Kritik tarixlər bəlli oldu

18.12.2025

Televizor istehsalçılarına ittiham: Hansı markalar bizi gizlicə izləyir?

18.12.2025

Məzənnə

Yüklənir...