"Coursera" və “Udemy” 2,5 milyard dollarlıq razılaşma ilə birləşir

Redaktor

18.12.2025 15:13
70

"Coursera" və “Udemy” 2,5 milyard dollarlıq razılaşma ilə birləşir

Onlayn təhsil sektorunun iki aparıcı platforması - "Coursera" və “Udemy” - təxminən 2,5 milyard ABŞ dolları dəyərində razılaşma əsasında birləşmək qərarına gəlib.

Valyuta.az xəbər verir ki, uzun müddətdir müzakirə olunan bu proses 2026-cı ilin ikinci yarısında, müvafiq tənzimləyici və səhmdar təsdiqləri alındıqdan sonra tamamlanacaq.

Birləşmədən sonra yeni qurum fəaliyyətini “Coursera” adı və "COUR ticker"i ilə Nyu-York Fond Birjasında davam etdirəcək.

Bu qərar, pandemiyadan sonra böyümə tempi zəifləyən onlayn təhsil bazarında investorların daha ehtiyatlı davrandığı bir mərhələyə təsadüf edir. Gəlir artımına baxmayaraq, həm "Coursera"nın, həm də “Udemy”nin səhmləri uzun müddətdir təzyiq altındadır. Şirkətlər birləşmə ilə miqyas, maliyyə səmərəliliyi və məhsul çeşidliliyi baxımından daha güclü struktur formalaşdırmağı qarşıya məqsəd qoyur. Tərəflər illik təxminən 115 milyon dollarlıq əməliyyat sinerjisi əldə olunacağını proqnozlaşdırır.

Strateji baxımdan, "Coursera" və “Udemy”nin iş modelləri bir-birini tamamlayır. "Coursera" daha çox universitetlər, müəssisələr və sertifikat proqramları ilə institusional yanaşma təklif etdiyi halda, “Udemy” fərdi təlimçilərin təqdim etdiyi kurslarla bazar yönümlü platforma kimi fəaliyyət göstərir. Birləşmə nəticəsində fərdi istifadəçilər və şirkətlər üçün vahid platforma üzərindən daha geniş təlim həlləri təqdim olunması nəzərdə tutulur.

Birləşmənin əsas istiqamətlərindən biri isə süni intellekt texnologiyalarının inteqrasiyasıdır. Hər iki şirkət iş dünyasında süni intellekt üzrə bacarıqların əhəmiyyətinin sürətlə artdığını vurğulayır. "Coursera"nın “ChatGPT” ekosistemi və “Anthropic” ilə əməkdaşlığı, “Udemy”nin isə fərdiləşdirilmiş və süni intellekt dəstəyi ilə təkmilləşdirilmiş mikro öyrənmə təcrübəsi bu istiqamətdə birləşərək daha çevik və məlumat yönümlü təhsil infrastrukturu yaratmağı hədəfləyir.

Yeni qurumun əsas məqsədlərindən biri də müəssisələrin əməkdaş təlimi və yenidən bacarıq qazandırma proqramlarına ayırdığı büdcədən daha böyük pay qazanmaqdır. Süni intellektin peşə bacarıqları xəritəsini sürətlə dəyişdirdiyi dövrdə, Coursera–“Udemy” birləşməsi onlayn təhsilin növbəti mərhələsinə keçidin əsas göstəricisi kimi qiymətləndirilir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Şirkətlər bu oyuncaqların satışından milyardlarla dollar qazanıb

18.12.2025

ABB-yə məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

18.12.2025

Gələn ildən xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə yeni giriş qiymətləri tətbiq ediləcək

18.12.2025

Bakıda camışların sayı azalıb

18.12.2025

Manatın insanların “cibində” qalma müddəti azalıb

18.12.2025

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

18.12.2025

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18.12.2025

"Amazon" "OpenAI"a 10 milyardlıq investisiya planlaşdırır

18.12.2025

Onlara bayrama görə 1000 manat verildi

18.12.2025

"Coursera" və “Udemy” 2,5 milyard dollarlıq razılaşma ilə birləşir

18.12.2025

İş adamının pulunu ələ keçirən şəxs ev dustaqlığına buraxıldı

18.12.2025

“AFB BANK” tender elan edir ®

18.12.2025

DSX-nın döyüş bayraqlarının təsvirində dəyişiklik edildi

18.12.2025

Bu universitetin əməkdaşları təltif edildi - SƏRƏNCAM

18.12.2025

Bu bölgələrdə banka əmanət yerləşdirmək sərfəli deyil?

18.12.2025

"Aqrarkredit"in əmlakları 30% endirimlə satışa çıxarılır

18.12.2025

İslandiyadan Münhenə: Soloturistlər üçün Avropada ən yaxşı 5 məkan

18.12.2025

Avropanın mərkəzində "Amazon" "zəlzələsi": Nə baş verir?

18.12.2025

"Bitcoin" niyə yüksəlmir? - Kritik tarixlər bəlli oldu

18.12.2025

Televizor istehsalçılarına ittiham: Hansı markalar bizi gizlicə izləyir?

18.12.2025

Məzənnə

Yüklənir...