İş adamının pulunu ələ keçirən şəxs ev dustaqlığına buraxıldı

Redaktor

18.12.2025 14:57
139

İş adamının pulunu ələ keçirən şəxs ev dustaqlığına buraxıldı

Azərbaycanda iş adamının pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən Seymur Məhərrəmovun vəkili Orxan Bünyatov vəsatət verərək müvəkkili barəsində olan qətimkan tədbirinin ev dusdaqlığı ilə əvəz edilməsini xahiş edib. Vəkil bildirib ki, cinayət işi üzrə müvəkkilinə 200 min manat çatıb. Lakin müvəkkili həmin pulu özünə götürməyib və Zaur Qurbanova verib.

Seymur Məhərrəmovun digər vəkili Şaiq Mirzəyev bildirib ki, müvəkkilinin II Qarabağ müharabəsində xidmətləri olub. Eyni zamanda, himayəsində iki azyaşlı övladı və xəstə valideynləri var. O da müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dusdalığı ilə əvəz edilməsini xahiş edib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən qeyd edib ki, prosesin Bakı Hərbi Məhkəməsində keçirilməsinə səbəb Seymur Məhərrəmovdur. Hadisə 2023-cü ildə baş verib və ziyan ödəməyib. İttihamçı vəsatətin təmin edilməməsini xahiş edib.

Digər vəkillər də müvəkkiləri barəsində olan həbs qətimkan tədbirinin ev dusdalığı ilə əvəz edilməsini xahiş edib. Onlar eləcə də işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.

Zərərçəkən Quvat Beybutov yanlız Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirin dəyişdirilməsinə etiraz etməyib. O, digər şəxslərin vəsatətlərinin təmin edilməməsini xahiş edib.

Məhkəmə Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirinin ev dusdaqlığına dəyişdirilməsi barədə qərar qəbul edib, o, məhkəmə zalından sərbəst buraxılıb. Digər vəsatətlər təmin edilməyib və cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. Təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.

Təqsirləndirilən Ceyhun Əşrəfov Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olub. O, istintaq dövründə 515 min manat zərər ödəyib və barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq,xüsusi ilə külli miqdarda törədildikdə)maddəsi ilə ittiham edilir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...