Dünyada ən çox avtomobil satan istehsalçı oldu

Redaktor

29.01.2026 13:31
330

Dünyada ən çox avtomobil satan istehsalçı oldu

"Toyota Motor Corp" 2025-ci ildə qlobal avtomobil satışlarında rekord göstəriciyə nail olaraq dünyanın ən çox avtomobil satan istehsalçısı mövqeyini möhkəmləndirib.

Valyuta.az xəbər verir ki, şirkətin "Toyota" və "Lexus" markaları ilə yanaşı, törəmə şirkətləri "Daihatsu" və "Hino Motors"un da daxil olduğu ümumi satışları illik müqayisədə 4,6% artaraq təxminən 11,3 milyon avtomobil təşkil edib.

Məlumata görə, satış artımında əsas pay Şimali Amerika və Yaponiya bazarlarında güclü tələbatın payına düşüb. "Toyota" və "Lexus" markaları ümumi satışların təxminən 10,5 milyon ədədini təşkil edib.

Bu nəticə ilə "Toyota" qlobal avtomobil satışlarında altıncı il ardıcıl liderliyini qoruyub saxlayıb. Şirkətin səhmləri isə xəbərin açıqlanmasından sonra müsbət reaksiya verib. 

Bundan əlavə "Toyota"nın satış strukturunda hibrit avtomobillər əsas artım mənbəyi olaraq qalır. 2025-ci ildə hibrit modellər ümumi satışların təxminən 42%-ni təşkil edib. Tam elektrikli avtomobillərin payı isə cəmi 1,9% olub.

Qeyd edək ki, "Toyota" 2025-ci il üzrə daha zəif satış göstəriciləri açıqlayan əsas rəqibi "Volkswagen AG"ni də geridə qoyub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı

22.02.2026

Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video

22.02.2026

Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?

22.02.2026

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Məzənnə

Yüklənir...