Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər azalıb

Redaktor

17.12.2025 17:53
75

Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər azalıb

Cari ilin yanvar-oktyabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 69 milyon 105 min manat sığorta haqqı ödənilib.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 745 min manat və ya 14,48% artım deməkdir.

2023-cü ilin yanvar-oktyabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 60 milyon 360 min manat sığorta haqqı ödənilmişdi.

Bu ilin eyni dövründə əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər 2 milyon 518 min manat təşkil edib ki, bu da ötən ilin dövrü ilə müqayisədə 454 min manat və ya 15,27% azalma deməkdir.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlərin məbləği 2 milyon 972 min manat olub.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...