Fəaliyyətini dayandıran şirkətlərin bazara qayıtması niyə çətin olur?

Redaktor

17.12.2025 15:15
192

Fəaliyyətini dayandıran şirkətlərin bazara qayıtması niyə çətin olur?

İnsanların rəğbətini qazanan bir çox şirkətlər bəzi hallarda bağlanmalı və işini dayandırmalı olur. Ancaq geridönüş etdikdə eyni reytinqi qazana bilmirlər. Əvvəl rəqiblərini geri qoysalar da, fəaliyyət dayanıb təkrar bərpa olunduqda insanlar əvvəlki marağı göstərmir. Bəs bunun səbəbi nədir?

“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultan Anar Bayramov Valyuta.az-a bildirir ki, burada diqqət edilməli nüanslar var:

"Burada əsas məsələ şirkətin fəaliyyətini hansı səbəblə dayandırdığını insanlara açıqlaya bilməkdir. Müştərilər şirkətin bir daha bağlanma riskini gözə alaraq, tam güvənə bilmir.

Digər önəmli məsələ odur ki, şirkət bazarda olmadığı müddətdə rəqiblər artıq güclənmiş olur və müştərinin rəğbətini özünə qazanır. Siz təkrar qayıtdıqda isə artıq bu rəqiblərlə ayaqlaşmaq mümkünsüz ola bilər. Artıq bazar payı itirilmiş olur. İmici bərpa etmək uzun vaxt ala bilər”.

Anar Bayramov Müşahidə Şurasının sədri oldu

A.Bayramov bildirir ki, şirkət fəaliyyətini dayandırdıqdan sonra yaranan yenidən bağlanma riski təkcə müştərilərin yox, həmçinin şirkətə yatırım edən investorların, tədarükçülərin, bank olmayan kredit təşkilatlarının və kredit verən bankların da inamının itməsinə səbəb olur: "Real praktikada artıq bir dəfə bağlandığınız üçün bu təşkilatlar sizə yatırım üçün tərəddüd edə bilər”.

“Qurumun bağlanma səbəbi də geriqayıdışa təsir edir. Əgər maliyyə vəziyyəti pisləşib və iflas həddinə çatıbsa, daha sonra  güclü maliyyə ilə qayıtması mümkünsüz hala düşür” - deyə A.Bayramov əlavə edib.

Biznes konsultant, həmçinin məsləhət olaraq qeyd edib ki, kommunikasiya burada əsas körpüdür: “Burada inamı bərpa etməyin əsas tərəfi kommunikasiyanı gücləndirmək, hekayələrini müştərilərə doğru çatdırmaq lazımdır. Ən əsası isə güclü strategiya qurulmalıdır. Bazar payı əldə etmək üçün formula olması vacibdir”.

Şəbnəm İbrahimxəlil

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...