"Gavalı" 5 min manat ziyana düşdü

Redaktor

18.02.2026 14:38
246

"Gavalı" 5 min manat ziyana düşdü

Azərbaycanda dizayner Aleksandra Salamaxina və "Gavalı" şirkəti arasında məhkəmə dizaynerin işi udması ilə nəticələnib. Bundan əvvəl məlum olub ki, şirkət məhsullarının qablaşdırılmasında "Pinterest" saytında yerləşdirilmiş, Aleksandraya məxsus olan paylaşımdan icazəsiz istifadə edib.

Bakı Apellyasiya Məhkəməsi Aleksandra Salamaxinaya 5 min manat məbləğində təzminat ödənilməsini təmin edib.

Valyuta.az-ın məlumatına görə, Modern.az-a "Gavalı" şirkətindən bildirilib ki, şirkət dizayn nümunəsini hər kəsə əlçatan olan və müəllifi göstərilməyən resursdan götürüb. 

Hüquq müdafiəçisi Ramil Süleymanov məsələ ilə bağlı Modern.az - açıqlamasında bildirib ki, internet resurslarında hər hansı paylaşım yerləşdirilirsə, müəllifin kimliyini müəyyən etmək mümkündür:

"Xüsusən bu şəxsi səhifədirsə, müəllif haqda daha dəqiq informasiya tapmaq olar. Müəllif hüquqlarının qorunması haqda işarə də bu haqdadır" . 

Hüquqşünas qeyd edib ki, istənilən halda şəxs digər şəxsin paylaşımından icazəsiz və ya istinadsız istifadə edirsə, informasiya sahibinə məsələni mübahisələndirmək hüququ verilir:

"Bu hal Azərbaycan respublikasının Cinayət Məcəlləsinin 165-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına əsasdır. Cəza kimi maliyyə sanksiyasından əlavə 320 saatdan 480 saata qədər ictimai işlər cəzası nəzərdə tutulur. Qanunsuz hərəkət davamlı və ya qrup şəklində baş verərsə, Məcəllənin 165.2 maddəsinə əsasən 2 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur". 

Ramil Süleymanov əlavə edib ki, maliyyə cəriməsi 1000 manatdan 2000 manata qədər müəyyən edilsə də ekspertiza rəyi və dəyən zərərin həcmi ilə bağlı bu məbləğ dəyişə bilər.

Dizayner Aleksandra Salamaxina mövzu ilə bağlı hər hansı fikir bildirmək istəməyib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

“Google” süni intellekt yarışında növbəti addımı atdı – “Gemini 3.1 Pro” nə vəd edir?

21.02.2026

Azərbaycan nefti ucuzlaşıb

21.02.2026

Tramp bütün ölkələrdən idxala 10% rüsum tətbiq edəcək

21.02.2026

Azərbaycanda ən çox iş yerləri açılan bölgələr - CƏDVƏL

21.02.2026

Məzənnə

Yüklənir...