Redaktor
Hansı sahədə çalışan şəxslərin pensiyası arta bilər? - "Yüz mindən çox vətəndaşı əhatə edəcək"
Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanmasını təklif edib. O bildirib ki, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasında artımlara səbəb olacaq. Mövcud qanunvericiliyə görə, bu, altı ildən bir olmaqla ümumilikdə iki dəfə hesablanır.
Maraqlıdır, görəsən, sözügedən təklif qəbul olunarsa, hansı sahədə çalışan şəxslərin pensiyalarında artımlar olacaq?
Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq, vətəndaş pensiya hüququ əldə etdikdən sonra belə əmək fəaliyyətini davam etdirə bilər:
O bildirib ki, bununla bağlı dövlət sektorunda müəyyən məhdudiyyətlər var. Bir sıra fəaliyyət sahələri üzrə 65 yaşını keçmiş şəxslər məcburi qaydada işdən kənarlaşdırıla bilərlər. Lakin elmi fəaliyyət, tədqiqat sahələrində işləyənlərə, müəllimlərə, həkimlərə güzəşt edilir. Özəl sektorda yaş məhdudiyyəti, demək olar ki, yoxdur və şəxslərin işdən çıxarılmasına heç bir əsas yaranmır. Həmin vətəndaşın işdən azad olunmasına dair qərar rəhbər tərəfindən müəyyənləşdirilir.
Qüvvədə olan qanunvericiliyə görə, çalışan vətəndaş pensiya hüququ əldə etdikdən sonra altı ildən bir ödədiyi sığorta haqqına görə pensiya kapitalı yenidən hesablanır. Həmin məbləğ də onun pensiyasının üzərinə gəlir. Təklifdə isə qeyd olunur ki, bu hesablama dörd ildən bir aparılsın. Bu da pensiyanın təkrar hesablanmasının intensivliyini artıracaq. Baxın, vətəndaş 65 yaşında pensiyaya çıxır, amma işinə davam edir. 71 yaşında onun pensiya kapitalı yenidən hesablanır. Təklif olunur ki, bu, 69 yaşa endirilsin. Ümumilikdə Azərbaycanda 65 yaşdan yuxarı əmək fəaliyyəti ilə məşğul olanların say etibarı ilə çəkisi azdır. Burada söhbət təxminən 800 min nəfərdən gedir. Lakin indiki qaydada 71 yaşdan sonra təkrar hesablanma aparılsa, həmin şəxslərin sayı 400 minə düşəcək".
Ekspert bildirib ki, təklif edilən mexanizm səmərəli hesab olunur:
"Pensiya kapitalı şəxsin əməkhaqqısından tutulan məbləğ əsasında formalaşdırıldığından bu, onun bir növ mülkiyyət hüququnu yaradır. Təklif qəbul olunarsa, daha çox özəl sektorlarda çalışanların pensiyasında artımlar ola bilər. Çünki sözügedən müəssisələrdə yaş həddi yoxdur. Bu, dövlət sektorunda çalışanlara da şamil oluna bilər. Burada isə vəziyyət fərqlidir. Məsələn, səhiyyə sahəsində çalışanların maksimal yaş həddi yoxdur. Həmçinin elmi-tədqiqat sahələrində çalışanlara da eyni münasibət tətbiq olunur. Bir sıra dövlət və hakimiyyət orqanlarında çalışanlar da bu qəbildəndir".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağacaq
22.02.2026İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?
22.02.2026Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026