İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Milyonluq "otkat"...

Redaktor

17.04.2026 13:29
118

İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Milyonluq "otkat"...

İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikinti prosesinin gecikməsinin səbəbləri məlum olub.

Valyuta.Az Teleqraf-a istinadla xəbər verir ki, bu, qurumun sabiq icra başçısı Vilyam Hacıyevin mənimsəmə faktları ilə əlaqədardır.

Belə ki, 2019-cu ildə İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın layihələndirilməsi və tikintisi üçün dövlət büdcəsindən üç milyon vəsait ayrılıb.

Bundan sonra İmişli Rayon İcra Hakimiyyəti ilə Vüqar Məhərrəmovun rəhbəri olduğu "NTC Company” şirkəti arasında tender müqaviləsi imzalanıb.

Lakin Vilyam Hacıyev şirkətə tikinti üçün ödəniləcək məbləğdən 30 fiaz "otkat” alıb. 974 193 manat vəsait "NTC Company” şirkətinin nümayəndəsi Səyalı Səfərova tərəfindən Vilyam Hacıyevin sürücüsü vasitəsilə hazırda həbsdə olan keçmiş icra başçısına çatdırılıb.

Maraqlıdır ki, Vilyam Hacıyevin həbsindən sonra bu işdə zərərçəkmiş kimi tanınan İmişli Rayon İcra Hakimiyyəti sözügedən məbləğin geri alınması üçün məhkəməyə müraciət edib. İmişli RİH iddia ərizəsində 974 min manatın Vilyam Hacıyevin müsadirə edilən əmlaklarını hesabına geri ödənilməsini istəyib. Bütün instansiya məhkəmələri İmişli Rayon İcra Hakimiyyətinin bu tələbini təmin edib. Vilyam Hacıyev isə işi Ali Məhkəməyə qədər daşıyıb, lakin onun kassasiya şikayəti təmin edilməyib.

Onu da bildirək ki, İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün ötən ilin dekabrında da "NTC Company” şirkəti ilə yarım milyon manatlıq tender müqaviləsi imzalanıb. İmişlinin hazırkı icra başçısı Elçin Rzayevdir.

Qeyd edək ki, Vilyam Hacıyev 5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin RİH-nin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ildə Ali Məhkəmənin qərarı ilə V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçildi

17.04.2026

Azərbaycanda yeni ixtisas yaradıldı - RƏSMİ

17.04.2026

Naxçıvanda bank əmanətləri 45%-dən çox artıb

17.04.2026
Depozit portfelinin həcmi üzrə bankların

Depozit portfelinin həcmi üzrə bankların - RENKİNQİ

17.04.2026

Nazirlər Kabineti hava limanı və aerodromların təhlükəsizlik zonalar ilə bağlı qərar verib

17.04.2026

AAYDA-nın bu qurumu ləğv edilir

17.04.2026

Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu

17.04.2026

Sığorta şirkətləri qazancının nə qədərini vergiyə verib? – Siyahı

17.04.2026

Netflix səhmləri Rid Hestinqsin gedişindən sonra 9 faiz ucuzlaşdı

17.04.2026

İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Milyonluq "otkat"...

17.04.2026

Yeni rəhbər marketlər şəbəkəsinin baş icraçı direktorunu dəyişdi

17.04.2026

Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir – Ali Məhkəmə

17.04.2026

İlham Əliyevin Antalyada Suriyanın Prezidenti ilə görüşü olub

17.04.2026

Nərə balığını Rusiyadan 2 manata, Yaponiyadan 57 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

17.04.2026

Sabahın hava proqnozu

17.04.2026

"Space" telekanalı bağlanır?

17.04.2026

Nazirliyin mətbuat xidmətinin rəhbəri baş redaktor təyin edildi - FOTO

17.04.2026

Şahin Mustafayev: "İranla sərhəddəki infrastrukturla sutkada minə yaxın yük maşını buraxılacaq"

17.04.2026

Bakıda WUF13 QHT Forumu keçiriləcək

17.04.2026

Tomat ixracında gəlir artdı, satış həcmi azaldı

17.04.2026

Məzənnə

Yüklənir...