İlham Əliyevin Antalyada Suriyanın Prezidenti ilə görüşü olub

Redaktor

17.04.2026 12:43
32

İlham Əliyevin Antalyada Suriyanın Prezidenti ilə görüşü olub

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriyaın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

Valyuta.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlandı.

Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulandı.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olundu.

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunuldu.

Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olundu, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulandı.

Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.

Dəvət məmnunluqla qəbul olundu.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu

17.04.2026

Sığorta şirkətləri qazancının nə qədərini vergiyə verib? – Siyahı

17.04.2026

Netflix səhmləri Rid Hestinqsin gedişindən sonra 9 faiz ucuzlaşdı

17.04.2026

İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Milyonluq "otkat"...

17.04.2026

Yeni rəhbər marketlər şəbəkəsinin baş icraçı direktorunu dəyişdi

17.04.2026

Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir – Ali Məhkəmə

17.04.2026

İlham Əliyevin Antalyada Suriyanın Prezidenti ilə görüşü olub

17.04.2026

Nərə balığını Rusiyadan 2 manata, Yaponiyadan 57 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

17.04.2026

Sabahın hava proqnozu

17.04.2026

"Space" telekanalı bağlanır?

17.04.2026

Nazirliyin mətbuat xidmətinin rəhbəri baş redaktor təyin edildi - FOTO

17.04.2026

Şahin Mustafayev: "İranla sərhəddəki infrastrukturla sutkada minə yaxın yük maşını buraxılacaq"

17.04.2026

Bakıda WUF13 QHT Forumu keçiriləcək

17.04.2026

Tomat ixracında gəlir artdı, satış həcmi azaldı

17.04.2026

İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub

17.04.2026

Vasif Müslümova yüksək vəzifə verildi - FOTO

17.04.2026

"Unibank"ın aktivləri 22%-ə yaxın artıb, kredit və depozit portfeli genişlənib

17.04.2026

Sığorta şirkətlərinin ehtiyat yarışı: ən böyük artım kimdə oldu? - CƏDVƏL

17.04.2026
Adsız bizneslər - Onların hədəfi yoxdur?

Adsız bizneslər - Onların hədəfi yoxdur?

17.04.2026

Sahib Əliyev vəzifəsindən azad edildi - FOTO

17.04.2026

Məzənnə

Yüklənir...